Azərbaycan-Yunanıstan biznes forumu
Xüsusi müxbirimiz xəbər verir ki, Afinada
"İşgüzar əməkdaşlığın
imkanları" mövzusunda
Azərbaycan-Yunanıstan biznes
forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas, bu ölkənin Baş naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak etmişlər.
Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun və Afina Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi görüşü palatanın prezidenti Konstantinos Mixalos açaraq bildirdi ki, biznes forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunmuşdur. Əminik ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Sonra Yunanıstan Prezidenti Karolos Papulyas çıxış etdi. Azərbaycan
Prezidenti İlham Əliyevi Afinada salamlamaqdan bir daha məmnunluğunu bildirən dövlət başçısı dedi
ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində ölkələrimiz arasında
əlaqələrin dərinləşməsinə
fayda verəcək bir neçə sənəd imzalanmışdır.
Azərbaycan ilə Yunanıstan
arasında siyasi, iqtisadi və mədəni əlaqələrə
toxunan Prezident Karolos Papulyas bildirdi ki, onun
ölkəsi Azərbaycan
ilə əlaqələrin
inkişafında maraqlıdır.
Azərbaycanın enerji daşıyıcılarının
mühüm ixracatçısı
və tranzit ölkə olduğunu xatırladan Karolos Papulyas bu sahədə
əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi. Yunanıstana
səfərinin çox
uğurla keçdiyini
bildirən dövlətimizin
başçısı dedi
ki, biznes dairələri arasında
əlaqələrin genişlənməsi
hər iki tərəf üçün
faydalıdır. Səfər çərçivəsində
aparılmış danışıqlar,
imzalanmış sənədlər
gələcəkdə Azərbaycan-Yunanıstan
əlaqələrinin dərinləşməsinə
kömək edəcəkdir.
Ölkələrimiz arasında siyasi
əlaqələr yüksək
səviyyədədir. Ticarət əlaqələrinin genişləndirilməsinin
vacibliyini vurğulayan
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qeyri-enerji sektorunda da böyük potensialı vardır.
Azərbaycanın gənc
müstəqil ölkə
olduğunu və qısa müddətdə
böyük inkişaf
yolu keçdiyini xatırladan Prezident İlham Əliyev dedi ki, həyata
keçirilmiş iqtisadi
islahatlar nəticəsində
Azərbaycan indi dünyanın ən sürətlə inkişaf
edən dövlətlərindən
birinə çevrilmişdir.
Adambaşına xarici sərmayələrin
həcminə görə
Azərbaycan MDB ölkələri
arasında liderdir.
Bu sərmayələr təkcə enerji sektoruna deyil, həm də qeyri-enerji sektoruna yönəldilmişdir.
Azərbaycanın zəngin
təbii sərvətlərə
malik olduğunu bildirən dövlətimizin
başçısı dedi
ki, son illər Azərbaycanda neft hasilatı beş
dəfədən çox
artmışdır. Son iki ildə isə
Azərbaycan qaz idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişdir.
Azərbaycan qazı hazırda
Avropa İttifaqı bazarına, yəni Yunanıstana ixrac olunur.
İqtisadi inkişaf üçün
sabitliyin və təhlükəsizliyin vacib
amil olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, hazırda
Cənubi Qafqazda potensial təhlükələr
vardır. Bunların ən böyüyü
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir.
Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində
həllinə tərəfdarıq.
BMT-nin Təhlükəsizlik
Şurası Ermənistanın
Azərbaycana təcavüzünü
pisləyən 4 qətnamə
qəbul etsə də, Ermənistan tərəfi indiyədək
bu qətnamələrin
tələblərinə riayət
etmir.
Sonra çıxış edən
Yunanıstanın Baş
naziri Kostas Karamanlis Prezident
İlham Əliyevin bu ölkəyə ilk dövlət səfərinin
əhəmiyyətini vurğulayaraq
bildirdi ki, yüksək səviyyəli
qarşılıqlı səfərlər
iki ölkə arasındakı əlaqələrin
inkişafına müsbət
təsir göstərir. Səfər çərçivəsində
ikitərəfli, regional və
beynəlxalq məsələlərin
ətraflı müzakirə
edildiyini, bir neçə sənədin
imzalandığını xatırladan
Baş nazir bütün bunları hər iki tərəfin
qarşılıqlı əlaqələrin
inkişafına göstərdiyi
diqqətin təzahürü
kimi qiymətləndirdi.
Enerji sahəsində əməkdaşlığı
vurğulayan hökumət
başçısı ölkəsinin
bu sahədə əlaqələrin daha da genişləndirilməsində
maraqlı olduğunu bildirdi.
Biznes forumunda hər iki ölkədə biznes imkanlarına və sərmayə mühitinə dair təqdimatlar, şirkətlərin
nümayəndələri arasında
ikitərəfli görüşlər
keçirilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-18 fevral.-S.2.