Əsas Qanuna əlavə dəyişikliklər hüquqi dövlət quruculuğuna əhəmiyyətli töhfə olacaq

 

Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasi kursu nəticəsində ölkəmiz dünyanın qabaqcıl dövlətləri sırasında dayanmaq hüququ qazanmışdır. Müstəqil Azərbaycanın elmi əsaslara söykənən davamlı inkişaf strategiyası insan şəxsiyyət amilinin rifahına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Seçim etməkdə yanılmadığının şahidi olan dünyaya sürətli inteqrasiya etdiyi bir vaxtda hüquq azadlıqlarının daha da genişlənməsinə ehtiyac duyan, siyasi sabitliyin ərazi bütövlüyünün bərqərar olunmasını arzulayan Azərbaycan xalqının mütləq əksəriyyəti Konstitusiyaya əlavə dəyişikliklərin edilməsini zəruri sayır.

Bu tarixi faktdır ki, hər bir cəmiyyətin inkişafının müəyyən mərhələsində Konstitusiyanın təkmilləşməsi vacibliyi meydana çıxır. Əsas Qanunun təkmilləşməsi, müasir Konstitusiya konsepsiyasının yaranması tarixi İkinci Dünya müharibəsindən SSRİ-nin süqut etməsindən sonraya qədərki mərhələləri əhatə edir.

Dünya ölkələri bir-birinin təcrübəsindən öyrənərək əsas qanunlarını qəbul etsələr , cəmiyyət daha yüksək inkişaf pilləsinə qədəm qoyduqca bu qanun topluları da bəşəri sivil dəyərləri özündə əks etdirməklə təkmilləşdirilmişdir.

Nəticədə yeni yaranan konstitusiyalar Konstitusiya quruluşunun əsaslarını, dövlətçilik fəlsəfəsini, demokratiya hüquqi dövlət ideyasını qoruyaraq insan hüquqlarının üstünlüyünü, hakimiyyət bölgüsü kimi dəyərləri özündə ehtiva etmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası da müasir mərhələnin nailiyyətlərini özündə əks etdirir. Böyük dövlət xadimi Heydər Əliyev məhz ümumbəşəri dəyərlərin, eləcə demokratik dövlətlərin əsas qanunlarında olan müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının bəzi müddəalarının həyatımızda baş verən müəyyən dəyişikliklərə uyğun şəkildə yeniləşdirilməsi təklifi ölkəmizin konstitusion əsaslarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq azadlıqlarının etibarlı müdafiə olunmasına, onların təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

Ölkə Konstitusiyası əsas siyasi-hüquqi sənəd olaraq ictimai prosesləri tənzimləyir iqtisadi-siyasi sistem dəyişdikcə onun da təkmilləşməsi zərurəti qaçılmaz olur.

Əsas Qanuna təklif olunan əlavə dəyişikliklər imkan yaradır ki, Konstitusiyanın qəbulundan sonra xalq keçdiyi yolu təhlil edərək müasir tariximizi ötən dövrlə müqayisə edə bilsin. Ən başlıcası isə sarsılmaz şəffaf hüquqi, demokratik sistem qurulmasının təminatına əsaslı baza yaratsın.

Mütərəqqi dəyişikliklərə çox həssas yanaşan Azərbaycan vətəndaşlarının ən çox diqqətdə saxladığı məqam Əsas Qanunun 101-ci maddəsinin 5-ci hissəsinə təklif edilən əlavə dəyişikliklərdir. Xatırladaq ki, iki dəfədən artıq ölkə prezidenti seçilmək hüququna məhdudiyyət qoyan bu müddəa bəzi ölkələrdə haqlı müzakirə predmeti olub nəticədə həmin dövlətlərin Konstitusiyasında müvafiq dəyişikliklər edilib.

Qeyd edək ki, bir şəxsin iki dəfədən artıq təkrarən ölkə Prezidenti vəzifəsinə seçilməsinə qoyulan məhdudiyyət Azərbaycan cəmiyyətinin dövlət baçısının 5 illik fəaliyyətinə qiymət vermək öz növbəti seçimini etmək hüququnu məhdudlaşdırır.

Halbuki seçki demokratik prinsiplərə əsaslanan siyasi institutdur. O, özündə vətəndaşların passiv aktiv seçki hüquqlarının pozulmasının yolverilməzliyini ehtiva edir. Bu prinsipin zəmanəti isə yüksək hüquqi dəyərləri özündə cəmləşdirən Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi prosedur qaydalarının effektiv olaraq cəmiyyətin iradəsinə cavab verməsidir.

Tarix boyu antik, hərbi, liberal, sosial kimi müxtəlif formalardan keçib müasir dövrümüzdə daha geniş sivil məna kəsb edən demokratiyanın təməl prinsipi bütün dövrlərdə məhz xalqın hakimiyyəti olub. Yəni tarixin təcrübəsi dərsləri, cəmiyyətlərin inkişaf mərhələləri sübut edir ki, xalq nəyi diktə edirsə, o da demokratiyadır. Əgər xalq birinci seçimindən sonra ikinci dəfə eyni liderə etimad göstərirsə, bu, həmin prezidentin xalqın ona göstərdiyi etimadı layiqincə doğrultması qənaətinə gətirib çıxarır. Təbii ki, belə olan halda xalqın öz seçimini üçüncü dəfə təkrar edəcəyi şübhə doğurmur.

Xalq ilk dəfə prezident görmək istədiyi şəxsə verdiyi vədlərə görə səs verirsə, növbəti mərhələdə öz seçiminə dövlət başçısının verdiyi vədlərə dərəcədə əməl etməsi kontekstindən yanaşır.

Məhz buna görə Azərbaycan seçicisi Konstitusiyanın 101 maddəsinin 5 hissəsinə təklif edilən seçiminin məhdudlaşmasının aradan qaldırılmasına son dərəcə həssaslıq göstərir. Başqa sözlə desək, Əsas Qanuna əlavə dəyişikliklərin edilməsi insan hüquq azadlıqlarına, həm bütövlükdə Azərbaycan xalqının milli maraqlarına xidmət edəcəkdir.

Əksər hissəsi insan hüquqlarının təminatına onların təkmilləşməsinə, hətta yeni nəsil sosial hüquqların müasir yönümdən bərqərar olunmasına xidmət edən digər əlavə dəyişikliklər dövlətin xüsusi kateqoriyalı insanlara sosial təminatın göstərilməsini Konstitusiya səviyyəsində təsbit edir. Bu isə ümumilikdə inkişaf etmiş sosial dövlətin vəzifəsinin bəyan edilməsinin sosial öhdəliklərin dövlət tərəfindən tam şəkildə öz üzərinə götürülməsinin, həmçinin ölkənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının isbatıdır.

Tarixdə ilk dəfə 1919-cu ildə Veyrmak Konstitusiyası Avropa Sosial Konstitusiyası kimi qəbul edilsə , sosial hüquqların Əsas Qanunda bəyan edilməsi onların tam təminatı deyil. Sosial hüquqların təminatı üçün iqtisadi cəhətdən güclü dövlət tələb olunur. Ölkəmizin son beş ildə əldə etdiyi uğurlar - Avropanın enerji təminatçısı qismində çıxış etməsi, neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, makroiqtisadi inkişafın təmin edilməsi, bir sözlə, insan amilini əsas götürən sosial siyasətin liberal bazar iqtisadiyyatı yaratmağa hesablanmış prinsipləri həmin gücə malik dövlətin məhz Azərbaycan olduğunu sübut edir.

Xatırladaq ki, cənab İlham Əliyev öz çıxışlarında ölkənin iqtisadi uğurlarının aztəminatlı əhalinin vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilməli olduğunu vurğulayır bunu ən vacib vəzifələrdən biri kimi qəbul etdiyini bəyan edir.

Konstitusiyanın 15-ci maddəsinə təklif olunan əlavə dəyişikliklər dövlətin əsas vəzifəsi kimi Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təminatını təsbit edir. Konstitusiyanın əsaslarında göstərilməsi nəzərdə tutulan bu prinsiplər cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsində reallaşa bilər.

Son illər məhkəmə islahatlarının uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyub getdiyi müstəqil Azərbaycanda məhkəmə hakimiyyətinin müstəsna rolunun göstəricisidir. Məqsəd məhkəmə sisteminin təkmilləşməsi yüksək Avropa standartlarına cavab verməsi, məhkəmələrin müstəqilliyinin təmin edilməsi bunun nəticəsi kimi cəmiyyətdə nüfuzunun artmasıdır.

Bu məqsədlə son illər ərzində mütərəqqi qanunlar qəbul edilmiş, hakimlərin məhkəmə aparatlarının sayı artırılmış, regional apellyasiya iqtisad məhkəmələri yaradılaraq fəaliyyətə başlamış, məhkəmələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Bütün bunlar məhkəmə hakimiyyətinə cəmiyyətdə inamı artırmaqla yanaşı, məhkəmə islahatlarının iqtisadi münasibətlərə müsbət təsirini gücləndirmiş, əlverişli investisiya mühitinə şərait yaratmışdır.

Konstitusiyanın 125 129-cu maddələrinə təklif edilən dəyişikliklər bu prinsiplərin konstitusion səviyyədə qorunması məqsədini daşıyır.

Konstitusiyanın 71-ci maddəsinə təklif olunan əlavənin "hər kəs qanunla qadağan olmayan hərəkətləri edə bilər heç kəs qanunla qadağan olunmayan hərəkətləri edilməyə məhrum edilə bilməz; dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada hüdudlarda fəaliyyət göstərə bilərlər" prinsipinin konstitusiya səviyyəsinə çıxarılması cəmiyyətin demokratik inkişafına əhəmiyyətli dəstək verəcəkdir.

Ölkə Konstitusiyasına təklif olunan əlavə dəyişikliklər bir daha sübut edir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi geniş vüsət alıb bu, böyük inamla, əzmlə aparılır. Sivil vətəndaş cəmiyyətinin formalaşması, həmçinin insan hüquq azadlıqlarının daha etibarlı təminatı sahəsində böyük nailiyyətlər əldə etmiş müstəqil ölkəmiz əminik ki, bu konstitusion islahatlardan sonra öz inkişafının daha səmərəli mərhələsinə qədəm qoyacaqdır.

 

 

Tofiq Paşayev

Hüquqşünas

 

Azərbaycan.-2009.-18 fevral.-S.6.