"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 8; 2001-ci il, ¹12, maddə 736; 2003-cü il, ¹1, maddə 7; 2004-cü il, ¹1, maddə 6; 2007-ci il, ¹6, maddə 560) 11-ci maddəsinə aşağıdakı dəyişikliklər əlavə edilsin:

1. ikinci hissədən ", "ekoloji təmiz" sözləri çıxarılsın;

2. üçüncü hissənin ikinci cümləsində "Etiketdə" sözü "Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, etiketdə" sözləri ilə əvəz edilsin həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005-ci il, ¹1, maddələr 5, 6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, ¹10, maddələr 884, 885; Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 692-IIIQD, 695-IIIQD nömrəli, 28 oktyabr tarixli 705-IIIQD, 708-IIIQD, 711-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 68-5-ci maddə əlavə edilsin:

"Maddə 68-5. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması

Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına spesifikliyinin qorunmamasına, etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməyən ekoloji təmiz kənd təsərrüfatı ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına görə -

fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər üç yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.".

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il

 

Azərbaycan.-2009.-18 fevral.-S.3.