"Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
və "Notariat haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin fərmanlarında
dəyişikliklər edilməsi
haqqında
1. "Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 15
aprel tarixli 122 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999-cu il, ¹4, maddə
231; 2000-ci il, ¹3, I kitab,
maddə 159; 2008-ci il,
¹7, maddə 611, ¹8, maddə
719; Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 28
oktyabr tarixli 6 nömrəli Fərmanı)
2-ci bəndinin on ikinci
abzasında "Baş
Dövlət Vergi Müfəttişliyi" sözləri
"Vergilər Nazirliyi"
sözləri ilə əvəz edilsin.
2. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 40; 2001-ci il, ¹10, maddə 640; 2002-ci il, ¹8, maddə 478; 2003-cü il, ¹6, maddə 290; 2005-ci il, ¹8, maddə 717; 2006-cı il, ¹1, maddə 9, ¹7, maddə 590; 2007-ci il, ¹6, maddə 606; 2008-ci il, ¹3, maddə 174) 3-cü bəndinin səkkizinci və onuncu abzaslarında ismin müvafiq hallarında "Baş Dövlət Vergi Müfəttişliyi" sözləri ismin müvafiq hallarında "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.3.