"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin təklifləri əsasında Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının döngə nöqtələrini onların koordinatlarını müəyyən etsin;

1.4. öz səlahiyyətləri daxilində "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin ikinci cümləsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 88-2.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-18 fevral.-S.3.