Azərbaycan Respublikası
və Türkmənistan
arasında 2008-ci il noyabrın 28-də Aşqabad şəhərində
imzalanmış sənədlər
haqqında
1. Azərbaycan
Respublikası və Türkmənistan arasında
2008-ci il noyabrın 28-də Aşqabad
şəhərində imzalanmış
aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti
və Türkmənistan
Hökuməti arasında
iqtisadi əməkdaşlıq
üzrə Azərbaycan-Türkmənistan
Hökumətlərarası Komissiyası haqqında Saziş;
1.2. Azərbaycan
Respublikası Hökuməti
ilə Türkmənistan
Hökuməti arasında
Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan)
limanları vasitəsilə
birbaşa beynəlxalq
dəmir yolu - bərə əlaqəsinin
təşkili haqqında
Saziş;
1.3. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə Türkmənistanın
Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Saziş.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bu Sərəncamın
1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Türkmənistan tərəfini
xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.3.