Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"na əlavələr və dəyişiklik edilməsi
haqqında
"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik
və əlavə edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 2 dekabr tarixli 32 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il,
¹9, maddə 872; 2008-ci il,
¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹6, maddələr
483, 504; Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 2 dekabr tarixli 28 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"na aşağıdakı
əlavələr və
dəyişiklik edilsin:
1.1. 3.1-ci bənddə
"150-1-ci," rəqəmindən sonra "258 (öz səlahiyyətləri daxilində),"
sözləri əlavə
edilsin;
1.2. 3.3-cü bənddə
"334-cü" rəqəmindən əvvəl "258-ci (öz
səlahiyyətləri daxilində),"
sözləri əlavə
edilsin;
1.3. 4.1-ci bənddə
"258-291-ci" rəqəmləri
"258-ci (öz səlahiyyətləri
daxilində), 259-291-ci" sözləri
ilə əvəz edilsin.
2. Bu fərman
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.4.