Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"na dəyişiklik və əlavələr edilməsi
haqqında
"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2008-ci il
2 oktyabr tarixli 692-IIIQD
nömrəli Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 11 noyabr tarixli 15 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹9, maddə 872; 2008-ci il, ¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹6, maddələr 483, 504; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 28 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 8.1-ci bəndində aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1.1. "223-2-ci, 223-4-cü" rəqəmləri "223-2- 223-9-cu" rəqəmləri ilə əvəz edilsin;
1.2. "kredit təşkilatlarına" sözlərindən əvvəl "bank olmayan" sözləri və "onun müavinləri," sözlərindən sonra "baş direktorlar," sözləri əlavə edilsin.
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.4.