Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 9 fevral tarixli
437 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Dövlət
müəssisələrinin (obyektlərinin) müqavilə
əsasında idarəetməyə
verilməsi haqqında
Əsasnamə"də
və 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
1. Azərbaycan
Respublikası Prezidentinin
1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin
(obyektlərinin) müqavilə
əsasında idarəetməyə
verilməsi haqqında
Əsasnamə"nin 3.1.1-ci bəndində "Baş
Dövlət Vergi Müfəttişliyinin" sözləri
"Vergilər Nazirliyinin"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.9-cu bəndində "Baş Dövlət Vergi Müfəttişliyinə" sözləri "Vergilər Nazirliyinə" sözləri ilə əvəz edilsin.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.4.