Azərbaycan Respublikasının Mülki Məcəlləsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N4, I kitab, maddə 250; 2002-ci il, N12, maddə 709; 2003-cü il, N8, maddə 420; 2004-cü il, N3, maddə 123, N5, maddə 318, N6, maddə 415, N10, maddə 761, N11, maddə 901; 2005-ci il, N2, maddə 61, N6, maddə 466, N8, maddələr 684, 692, 693, N11, maddə 996, N12, maddə 1085; 2006-cı il, N2, maddə 68, N3, maddə 225, N5, maddə 387, N6, maddə 478, N8, maddə 657, N12, maddə 1005; 2007-ci il, N2, maddə 80, N6, maddə 560, N8, maddə 745, N10, maddə 937, N11, maddə 1053, N12, maddə 1215; 2008-ci il, N3, maddə 145, N6, maddə 456, N7, maddə 602; Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 711-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 185.2-ci maddədə "şərti maliyyə vahidi miqdarının əlli mislindən" sözləri "əlli beş manatdan" sözləri ilə əvəz edilsin.

2. 742.2-ci maddənin birinci cümləsində "Qanunla müəyyənləşdirilmiş şərti maliyyə vahidinin yüz mislindən" sözləri "Yüz on manatdan" sözləri ilə əvəz edilsin.

3. 833.1-ci maddədə "qanunla müəyyənləşdirilmiş şərti maliyyə vahidi məbləğinin min (1000) mislindən" sözləri "min yüz manatdan" sözləri ilə əvəz edilsin.

4. 1119.4-cü, 1120.2-ci 1120.3-cü maddələrdə "şərti maliyyə vahidi məbləğinin beş mislindən" sözləri "altı manatdan" sözləri ilə əvəz edilsin.

II. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N9, maddə 564; 2001-ci il, N5, maddə 298, N11, maddələr 676, 698; 2002-ci il, N1, maddə 9, N8, maddə 463; 2003-cü il, N8, maddə 424; 2004-cü il, N2, maddə 57, N11, maddə 901; 2005-ci il, N4, maddə 277, N10, maddə 874, N11, maddə 993; 2006-cı il, N12, maddə 1027; 2007-ci il, N6, maddə 560, N11, maddələr 1053, 1091; 2008-ci il, N2, maddə 49, N6, maddələr 453, 463, N7, maddə 602) 85-ci maddəsinin 5-ci bəndində "şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən" sözləri "iyirmi manatdan" sözləri ilə əvəz edilsin.

III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il

 

Azərbaycan.-2009.-18 fevral.-S.4.