"Məhkəmələr
və hakimlər haqqında", "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Vətən uğrunda
həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında" və
"Terrorçuluğa qarşı
mübarizə haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997-ci il, N5, maddə
413; 1999-cu il, N5, maddə
284, N7, maddə 396, N10, maddə
570; 2001-ci il, N5, maddə
292, N6, maddə 379, N7, maddə
455; 2002-ci il, N1, maddə
4, N12, maddə 706; 2003-cü il, N6, maddə 278;
2004-cü il, N2, maddə
57, N3, maddə 133, N4, maddə
199, N8, maddələr 597, 598, N9, maddə 669; 2005-ci il, N1, maddə 7, N8, maddə 686;
2006-cı il, N1, maddə
4, N12, maddə 1005; 2007-ci il,
N5, maddələr 439, 446, N7, maddə 712, N11, maddə
1078, N12, maddə 1222; 2008-ci il, N3, maddə 163, N7, maddə 609) 109-cu maddəsinin
birinci hissəsində
və 122-ci maddəsinin
ikinci hissəsində
"yaralandıqda, kontuziya
olduqda, xəsarət"
sözləri "xəsarət
(yaralanma, travma, kontuziya)" sözləri
ilə əvəz edilsin.
II. "Əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, N6, maddə 497; 1999-cu il, N5, maddə 285; 2001-ci il, N3, maddələr 141, 142, 143, 144, N11, maddələr 672, 687, 693; 2002-ci il, N5, maddələr 240,
244, N6, maddə 328; 2003-cü il, N6, maddə 256;
2004-cü il, N4, maddə
199, N6, maddə 396, N7, maddə
507; 2006-cı il, N2, maddə
66, N12, maddə 1028; 2007-ci il,
N6, maddə 560, N11, maddə
1052, N12, maddə 1197; 2008-ci il, N7, maddə 602)
44-cü maddəsinin ikinci
hissəsində "yaralanmaların,
travmaların" sözləri
"xəsarət (yaralanma,
travma, kontuziya) almanın" sözləri
ilə əvəz edilsin.
III. "Vətən
uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998-ci il, N11, maddə
641) 2-ci maddəsinin birinci
hissəsinin dördüncü
abzasında "xəsarət,
kontuziya" sözləri
"xəsarət (yaralanma,
travma, kontuziya)" sözləri ilə əvəz edilsin.
IV. "Terrorçuluğa
qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999-cu il, N8, maddə
475; 2001-ci il, N11, maddə
676; 2002-ci il, N5, maddə
258; 2004-cü il, N3, maddə
133; 2005-ci il, N10, maddə
871) 14-cü maddəsinin dördüncü
hissəsində "zədələndikdə,
yaralandıqda, kontuziya
olduqda, xəsarət"
sözləri "xəsarət
(yaralanma, travma, kontuziya)" sözləri
ilə əvəz edilsin.
V. Bu qanun
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 dekabr 2008-ci il
Azərbaycan.-2009.-18 fevral.-S.4.