"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişiklik və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2008-ci il
16 dekabr tarixli 740-IIIQD
nömrəli Qanununun
tətbiq edilməsi barədə
"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişiklik və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2008-ci il 16 dekabr tarixli 740-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 16 dekabr tarixli 740-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin
qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində həmin qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Bu sərəncam
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2009-cu il
Azərbaycan.-2009.-18 fevral.-S.4.