"Məhkəmələr hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 741-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

 

"Məhkəmələr hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 741-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 741-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il

 

 

Azərbaycan.-2009.-18 fevral.-S.4.