Azərbaycan Prezidenti İlham Əliyev İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycrini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 18-də
İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman
əl-Tüveycrini qəbul
etmişdir.
Əbdüləziz bin Osman
əl-Tüveycri Prezident
İlham Əliyevə
Bakının İslam
mədəniyyətinin paytaxtı
elan edilməsinə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkilinə
görə təşəkkürünü
bildirdi, dünyanın
müxtəlif ölkələrindən
çoxsaylı nümayəndələrin
bu tədbirdə iştirakını məmnunluqla
qeyd etdi. O, Azərbaycan xalqının
dünya mədəniyyətinə
və dünya sivilizasiyasına böyük
töhfələr verdiyini,
Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafına
xüsusi qayğısını
vurğuladı.
Qonaq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın rəhbərliyi
altında bu sahədə böyük işlərin görüldüyünü
də bildirdi.
Əbdüləziz bin Osman
əl-Tüveycri sözügedən
tədbirin Azərbaycanda
keçirilməsinin əhəmiyyətini
yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Bakının
İslam mədəniyyətinin
paytaxtı seçilməsi
işində göstərdiyi
dəstəyə görə
İSESKO-nun baş direktoruna
minnətdarlıq etdi,
bu hadisənin Azərbaycan üçün
əhəmiyyətini vurğuladı. Prezident
İlham Əliyev bildirdi ki, Bakının
İslam mədəniyyətinin
paytaxtı seçilməsi
dünya ölkələrinə,
o cümlədən islam dövlətlərinin
Azərbaycanda gedən
inkişaf prosesləri
barədə daha geniş məlumat əldə etməsinə
imkan verəcəkdir.
Dövlətimizin başçısı
ölkəmizin bundan sonra da islam ölkələri
arasında əlaqələrin
inkişafı işinə
öz töhfəsini
verəcəyinə əminliyini
söylədi.
AzərTAc
Azərbaycan.-2009.-19 fevral.-S.3.