Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının baş
katibinin müavini Atta əl-Mənnanı
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 18-də İslam
Konfransı Təşkilatının
baş katibinin müavini Atta əl-Mənnanı
qəbul etmişdir.
Görüşdə Bakının
İslam mədəniyyətinin
paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin əhəmiyyəti vurğulandı,
bu tədbirin Azərbaycanda keçirilməsinin
ölkəmizin islam dövlətləri
arasında əməkdaşlığın
genişləndirilməsi işinə
verdiyi töhfə kimi qiymətləndirildi.
AzərTAc
Azərbaycan.-2009.-19 fevral.-S.3.