"2009-cu ilin
"Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər planı"nın təsdiq edilməsi haqqında
"2009-cu ilin
"Uşaq ili" elan edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. "2009-cu ilin
"Uşaq ili"
elan edilməsi ilə bağlı Tədbirlər planı"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 fevral 2009-cu il.
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 18
fevral tarixli Sərəncamı ilə
təsdiq edilmiş
"2009-cu ilin "Uşaq
ili" elan edilməsi ilə bağlı Tədbirlər
planı"nda Azərbaycan
uşaqları haqqında
məlumat bankının
və internet saytının,
xüsusi portalın yaradılması, müasir
ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması,
respublika uşaq yaradıcılıq festivalının,
habelə Beynəlxalq
Bakı uşaq rəsm müsabiqəsinin
və "Şərq-Qərb"
beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə
də BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işinin
gücləndirilməsi, uşaqların
intellektual inkişafına,
onların vətənpərvərlik,
milli-mənəvi dəyərlərin
qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə
yönəldilmiş müxtəlif
tədbirlərin təşkil
edilməsi, xaricdə
yaşayan azərbaycanlı
uşaqlara ana dilinin öyrədilməsi
istiqamətində tədbirlərin
həyata keçirilməsi,
"Uşaq ili" ilə bağlı yeni teatr tamaşalarının
hazırlanması, dövlət
uşaq müəssisələrində
tamaşaların və
konsert proqramlarının
təşkili nəzərdə
tutulur.
Tədbirlər planına
əsasən, "Uşaq
ili" çərçivəsində
uşaqların sağlamlığı
və təhsili ilə bağlı uşaq müəssisələrində
kütləvi tibbi müayinələr aparılacaq,
sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə
diqqət yetiriləcək,
uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası
işinin təkmilləşdirilməsi
tədbirləri gücləndiriləcək,
irsi qan xəstəliklərinə düçar
olmuş uşaqlar üçün qanvermə
aksiyaları keçiriləcək,
sağlamlıq imkanları
məhdud uşaqların
təhsili ilə bağlı standartlar təkmilləşdiriləcəkdir.
Tədbirlər planında müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi, məktəbdənkənar
təlim-tərbiyə müəssisələrinin
maddi-texniki bazasının
müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar
arasında intellektual yarışların keçirilməsi
və sair nəzərdə tutulmuşdur.
Azərbaycan.-2009.-19 fevral.-S.3.