Bakı İslam mədəniyyəti və
sivilizasiyası üçün
çox mühüm və tarixi bir şəhərdir
Bakı İslam mədəniyyəti
və İslam sivilizasiyası üçün
çox mühüm və tarixi bir şəhərdir.
Bu sözləri Azərbaycanda
"Bakı-İslam mədəniyyətinin
paytaxtı - 2009" Mədəniyyət
ilinin təntənəli
açılış mərasimində
iştirak edən -
İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman
əl-Tuveycri demişdir.
Qonaq vurğulamışdır ki,
bugünkü tədbir
İslam dünyası
üçün olduqca
önəmlidir. Bakı hazırda İslam
dünyasının dünənini,
bugününü və
sabahını bir-birinə
qovuşdurur. İSESKO
və İslam Konfransı Təşkilatı
bu gün çox böyük fəxrlə "Bakı-İslam
mədəniyyətinin paytaxtı
- 2009" Mədəniyyət ilinin təntənəli açılışını qeyd edir.
Əbdüləziz bin Osman
əl-Tuveycri vurğulamışdır
ki, təmsil etdiyi qurumda Azərbaycana və onun Prezidentinə çox böyük hörmət və ehtiram vardır, onun fəaliyyəti daim yüksək qiymətləndirilir.
AzərTAc
Azərbaycan.-2009.-19 fevral.-S.3.