Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət
"Bakı-İslam
mədəniyyətinin paytaxtı
- 2009" Mədəniyyət ilinin açılış
mərasiminin iştirakçıları
fevralın 18-də Fəxri
xiyabana gələrək
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə
də tər güllər düzülmüşdür.
***
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət
edərək Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş qəhrəman
Vətən övladlarının
xatirəsini anmış,
məzarları üstünə
tər güllər düzmüş, "Əbədi
məşəl" abidəsinin
önünə əklil
qoymuşlar.
Qonaqlar Bakının ən yüksək nöqtəsindən
Azərbaycan paytaxtının
mənzərəsini seyr
etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-19 fevral.-S.3.