Bakı Muzey Mərkəzində şotlandiyalı fotoqrafın Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır

 

Muzey Mərkəzində "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ili çərçivəsində fevralın 18-də şotlandiyalı fotoqrafın Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.

Muzeyin 3 böyük sərgi salonunda hazırda Azərbaycanda yaşayan şotlandiyalı fotoqraf J.Rosie Colinin yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Sərginin açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev, İslam Ölkələri Elm, Təhsil Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etmişlər.

Ə.Qarayev bildirmişdir ki, Bakının 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqı üçün böyük fəxrdir. Qədim tarixi keçmişə müasir mədəniyyətə malik şəhərimiz indiyədək olduğu kimi, bundan sonra da sivilizasiyaların qovuşmasında - ölkələrin mədəniyyətlərinin qarşılıqlı inteqrasiyasında mühüm rol oynayacaqdır.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İslam mədəniyyətinin ilk paytaxtı elan edilmiş Məkkədən sonra ərəb dünyasını, Asiya Afrika regionlarını təmsil edən daha 30 şəhərin islam mədəniyyəti paytaxtları elan olunduğunu bildirmişdir. O qeyd etmişdir ki, Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilmiş şəhərlərdən biri olaraq, böyük bir missiyanı üzərinə götürmüşdür. İnanırıq ki, Bakı bu missiyanın öhdəsindən layiqincə gələcəkdir. Qonaq, həmçinin bildirmişdir ki, öz gözəlliyi, tarixiliyi müasirliyi ilə diqqəti cəlb edən Bakı şəhəri İslam ölkələrinin bir-birinə yaxınlaşmasına, bu dövlətlər arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir.

Tədbir iştirakçıları şotlandiyali fotoqraf J.Rosie Colinin Bakı şəhərinin ayrı-ayrı tarixi mədəniyyət abidələrinin real mənzərəsini yaradan fotoşəkillərinə azərbaycanlı rəssamların əsərlərinə baxmışlar.

Sərgi iştirakçılarda xoş təəssürat oyatmışdır.

Sərgidə İslam ölkələri və Avropa dövlətlərinin mədəniyyət nazirləri, nazir müavinləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 fevral.-S.5.