Milli memarlığa
yani töhfələr
Bakı gündən-günə gözəlləşir. Onun qədim
hüsnünə yeni
görüntülər əlavə
edən memarlar çalışırlar ki,
qədim ənənələr
unudulmasın. İçərişəhər
Bakının daş yaddaşıdır. Dünya irs siyahısına düşmüş bu qədim
şəhərin ətrafında salınan yeni səkilər,
yollar, daş döşəmələr, barılar milli
memarlıq üslubunda inşa edildiyinə görə göz
oxşayır.
Ölkə
Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamlara əsasən, Bakıda
təzə tikilən və yaxud da bərpa edilən binalar
mütləq milli memarlıq məktəbinin ənənəsinə
əsaslanmalı, onun tələblərinə uyğun qurulmalıdır. Bu baxımdan qədim İçərişəhərin və
digər tarixi abidələrin ətra-fında
salınmış park, bağ qapıları, səkilər,
pilləkanlar, barılar üzərində qurulmuş kümbəzə oxşar fiqurlar, simvolik
işarələr, müəyyən rəmzlər şəhər
sakinlərinin, həm də xarici qonaqların diqqətini
çəkir. Klassik üslübla müasirliyin
qovuşması həmişə xoşagələn olur.
Fotomüxbirimiz
Fərman Bağırovun lentə köçürdüyü
bu şəkillərə diqqətlə baxın. İnanırıq
ki, zövqünüzü oxşayacaq, könlünüzü
açacaqdır.
F.Xəlilzadə
Azərbaycan.-2009.-19 fevral.-S.8.