Azərbaycan-Yunanıstan münasibətləri gələcəkdə daha sürətlə inkişaf edəcəkdir

 

 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17- Afinada Yunanıstan parlamentində olmuşdur. Yunanıstan parlamentinin - Deputatlar palatasının sədri Dimitris Siufas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

DİMİTRİS SİUFAS dövlətimizin başçısına müraciətlə dedi:

- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!

Sizi parlament üzvlərini bütün deputatlar adından Yunanıstan parlamentinin binasında salamlamaqdan məmnunluq duyuram.

Cənab Prezident, bu, bizim artıq üçüncü görüşümüzdür. Birinci görüşümüz 2007-ci il avqustun 2- olmuşdu. Həmin vaxt mən ölkənizdə səfərdə idim. Səfərim zamanı tərəfinizdən qəbul edilmək şərəfinə nail oldum. Sonra isə sizin iqtisadi inkişaf nazirinizlə əməkdaşlıq haqqında saziş imzaladıq. İkinci görüşümüz 2007-ci ilin noyabr ayında baş tutdu. Görüş Evros rayonunda yerləşən sərhəd məntəqəsində keçirildi. Həmin tədbir Azərbaycan qazının Türkiyədən Yunanıstana çatdırılması münasibətilə təşkil olunmuşdu. Təbii ki, bu hadisə nəinki Yunanıstan Türkiyə üçün, o cümlədən Azərbaycan İtaliya üçün önəmli idi. Həmin vaxt Azərbaycan qazının Yunanıstan vasitəsilə İtaliyaya digər Avropa ölkələrinə çatdırılması üçün şərait yarandı.

Cənab Prezident, nazirinizlə imzaladığımız saziş Azərbaycanla Yunanıstan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair sənəd idi. Cənab Prezident, Bakıda söylədiyim fikirlərimizi bir daha xatırlatmaq istəyirəm ki, dördtərəfli, yəni, Azərbaycan, Türkiyə, Yunanıstan İtaliya arasında sazişin imzalanması vacibdir. Çünki bu saziş əsasında Azərbaycan qazı Türkiyə Yunanıstan ərazisindən tranzit olaraq İtaliyaya Avropaya çatdırılacaqdır. Bu, çox mühümdür, çünki Xəzər dənizində hasil olunan təbii qaz ilk dəfədir ki, Avropaya daxil olur.

Cənab Prezident, həyata keçirdiyiniz dövlət səfəri Yunanıstanla Azərbaycan arasındakı münasibətləri daha da möhkəmləndirəcəkdir. Yunanıstan Prezidenti, Baş nazirlə, müxalifət partiyasının sədri ilə keçirdiyiniz keçirəcəyiniz görüşlər Azərbaycanla Yunanıstan arasında nəinki enerji sahəsində, həm tədqiqatlar, texnologiyalar, sərmayələr, ticarət sahələrində münasibətlərin yeni mərhələsini açır. Bu münasibətlər hər iki tərəfin - Yunanıstan Azərbaycan xalqlarının marağına cavab verəcəkdir.

Cənab Prezident, Sizi Yunanıstan parlamentində bir daha salamlayıram. Burada ölkələrimizin səfirləri iştirak edirlər. Sizi burada görməkdən çox məmnunuq. Fürsətdən istifadə edərək, icazə verin, Yunanıstan parlamenti sədrinin müavininin Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin iştirakı ilə keçirilən bu görüşdə ölkəmizə dövlət səfəriniz münasibətilə Sizə Yunanıstan parlamentinin qızıl medalını - "Şərəf" medalını təqdim edim. Medalın üzərində yunan demokratiyasının banisi Peristoklun portreti əks olunmuşdur.

Cənab Prezident, digər bir rəmzi hədiyyəmiz var. Bu, eramızdan əvvəl VI əsrə aid piyalənin dəqiq surətidir. Onun üzərində həyatın mənbəyi sayılan Günəş təsvir olunmuşdur.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- Hörmətli cənab sədr!

Yüksək mükafata görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bundan sonra da Yunanıstan-Azərbaycan ikitərəfli münasibətləri uğurla inkişaf edəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu səfər bizim ikitərəfli münasibətlərin tarixində Azərbaycan Respublikası Prezidentinin Yunanıstana ilk dövlət səfəridir. Mən çox şadam ki, bu səfər çox uğurlu keçir. Tam əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq iki ölkə arasında münasibətlər yeni pilləyə qalxacaqdır.

Bizim müxtəlif sahələrdə əməkdaşlığımız həm iki ölkə üçün, həm region üçün, həm geniş coğrafiya üçün çox böyük əhəmiyyət kəsb edir. Siz bizim bundan əvvəlki görüşlərimizi xatırlatdınız. Mən o görüşləri yaxşı xatırlayıram. Məhz Sizin iştirakınızla Yunanıstanla Azərbaycan arasında enerji sahəsində ilk addımlar atılmışdır. Sizin bu sahədəki fəaliyyətinizi biz çox yüksək qiymətləndiririk.

Qısa müddət ərzində biz artıq konkret layihələr üzərində çalışırıq əminəm ki, bu səfər çərçivəsində aparılan danışıqlar Yunanıstanla Azərbaycan arasında qaz sahəsindəki əməkdaşlığın dərinləşməsi üçün çox mühüm addım olacaqdır. Yunanıstan Avropa İttifaqının birinci ölkəsidir ki, bu ölkəyə Azərbaycan qazı daxil olubdur. Hələ ki, məhdud həcmdədir, ancaq mən ümid edirəm ki, yaxın zamanlarda həcm baxımından daha da böyük müqavilə imzalana bilər. Hesab edirəm, bu, Yunanıstanın, eyni zamanda, Azərbaycanın Avropanın marağındadır ki, bizim ölkələrimiz arasında ikitərəfli əsasda enerji sahəsində müqavilə tezliklə imzalansın. Bu sahədə əməkdaşlıq, əlbəttə ki, öz müsbət təsirinibütün digər sahələrə göstərəcəkdir. Siyasi, iqtisadi, mədəniyyət sahəsindəki əməkdaşlığın da çox gözəl perspektivləri, çox gözəl gələcəyi vardır.

Mənə verilən yüksək mükafata görə Sizə bir daha təşəkkürümü bildirmək istəyir Sizə yeni-yeni uğurlar arzulayıram.

 

* * *

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstan parlamentinin - Deputatlar palatasının sədri Dimitris Siufas ilə görüşü oldu.

Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunan görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı bu sahədəki əməkdaşlığın qarşılıqlı münasibətlərə töhfə verdiyi bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.1.