Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər naziri, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədri Mənuçehr Mottəkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İran İslam Respublikasının xarici işlər naziri, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədri Mənuçehr Mottəkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Mənuçehr Mottəki İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. İranın xarici işlər nazirinin ölkəmizə bu səfərinin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan İran arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, özünün salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.3.