B.M.Vahabzadənin
xatirəsinin əbədiləşdirilməsi
haqqında
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadənin xatirəsini
əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı
Şəhər İcra
Hakimiyyəti Bakı şəhərində küçələrdən
birinə Bəxtiyar Vahabzadənin adının
verilməsini və Bəxtiyar Vahabzadənin yaşadığı binaya
(İstiqlaliyyət küçəsi,
9) xatirə lövhəsinin
vurulmasını təmin
etsin.
2. Şəki
Şəhər İcra
Hakimiyyəti Şəki
şəhərində küçələrdən
birinə Bəxtiyar Vahabzadənin adının
verilməsini və Şəki şəhərində
Bəxtiyar Vahabzadənin
büstünün ucaldılmasını
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
3.1. təhsil sistemində
filologiya ixtisası üzrə təhsil alan tələbələr
üçün Bəxtiyar
Vahabzadə adına təqaüdün təsis
edilməsini təmin etsin;
3.2. Şəki
şəhərinin orta
məktəblərindən birinə Bəxtiyar Vahabzadənin adının
verilməsini təmin
etsin;
3.3. bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 fevral 2009-cu il
Azərbaycan.-2009.-20 fevral.-S.3.