Hökumət parlament üzvlərinin qarşılıqlı səfərləri əlaqələrimizin hərtərəfli inkişafına xidmət edir

 

Azərbaycan-İran Hökumətlərarası Komissiyasının yeddinci iclasında iştirak etmək üçün Bakıya gələn İranın xarici işlər naziri Mənuçehr Mottəki fevralın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür. O.Əsədov demişdir ki, Azərbaycan yaxın qonşu dost olan İran ilə əlaqələrin inkişafında maraqlıdır.

Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, prezidentlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün hüquqi baza yaratmışdır.

İkitərəfli əlaqələrin möhkəmlənməsində parlamentlərin rolunu yüksək qiymətləndirən O.Əsədov demişdir ki, Milli Məclisdə İran parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımızın, eləcə hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətlərimizin daha da genişlənməsinə xidmət edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən O.Əsədov İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirmiş bu siyasətin dəyişməyəcəyinə ümidvar olduğunu bildirmişdir. Parlamentin sədri hökumətlərarası komissiyanın işini yüksək qiymətləndirmiş tərəflərə uğurlar arzulamışdır.

Mənuçehr Mottəki Azərbaycanda olmasından məmnunluğunu ifadə etmişdir. Qonaq demişdir ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir. Bu gün Azərbaycan ilə İran arasında münasibətlər bir çox sahələrdə uğurla inkişaf edir. İran bu münasibətlərin daha da genişlənməsində inkişafında maraqlıdır.

Söhbət zamanı hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, səfirlər digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.3.