Bakıda "Dövlət gənclər siyasətinin həyata keçirilməsi: hazırkı vəziyyət proqnozlar" mövzusunda seminar işə başlamışdır

 

Fevralın 19-da Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə "Dövlət gənclər siyasətinin həyata keçirilməsi: hazırkı vəziyyət proqnozlar" mövzusunda seminar işə başlamışdır.

Gənclər idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, müasir Azərbaycan gəncləri həm ölkə daxilində, həm beynəlxalq aləmdə bütün sahələrdə fəal iştirak edirlər. Dövlətin gənclərə göstərdiyi diqqət qayğı artıq öz bəhrəsini verir. Vurğulamışdır ki, tədbirin məqsədi rayon (şəhər) gənclər idman idarələrinin dövlətimizin gənclər idman siyasətinin həyata keçirilməsi sahəsində fəal iştirakını təmin etməkdir.

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, seminarda müasir gənclərin mövcud vəziyyəti təhlil edilərək, bu istiqamətdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir. Eyni zamanda, bu tədbir mövcud problemləri, perspektivləri, müxtəlif əhəmiyyətli mövzuları müzakirə etmək, bilik təcrübə mübadiləsi aparmaq baxımından çox əhəmiyyətlidir.

Ə.Həsənov vurğulamışdır ki, seminarda interaktiv mühazirə üsullarından istifadə etməklə dövlət gənclər siyasətinin həyata keçirilməsində yerli gənclər idman idarələrinin vəzifələri rolu, bu istiqamətdə yerli səviyyədə strateji operativ planlaşdırma, həmçinin digər mövzular üzrə nəzəri praktiki məşğələlər keçiriləcəkdir.

Sonra qapalı keçən seminar fevralın 23-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.4.