Milli Məclisin nümayəndə heyəti Sloveniyada səfərdə olmuşdur

 

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında iştirak etmək üçün Avstriyada səfərdə olan ATƏT PA yanında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova nümayəndə heyətinin üzvü, İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bir sıra ikitərəfli görüşlər keçirmişlər.

Fevralın 17-də Bahar Muradova Rəbiyyət Aslanova Sloveniyanın paytaxtı Lublyana şəhərində səfərdə olmuş, burada Xarici İşlər Nazirliyinin Avropa İttifaqı ikitərəfli əlaqələr üzrə baş direktoru Mitya Drobniç, Milli Assambleyanın (parlament) sədr müavini Miran Potrç Milli Assambleyanın xarici siyasət komitəsinin sədri İvo Vayql, eləcə Azərbaycan-Sloveniya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirmişlər.

Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya rəsmi səfəri xatırlanmış yaxın gələcəkdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri zamanı imzalanacaq bir sıra sənədlərə toxunulmuş həmin sənədlərin işlənib hazırlanması istiqamətində səylərin artırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşlər zamanı qarşı tərəfə Azərbaycanın iqtisadi, siyasi ictimai vəziyyəti, aparılan quruculuq işləri, həyata keçirilən islahatlar ölkənin qoşulduğu beynəlxalq layihələr barədə ətraflı məlumat verilmişdir. Sloveniya nümayəndələri qeyd etmişlər ki, ölkələri Azərbaycan ilə iqtisadi, mədəni, ticarət xüsusilə, enerji sahəsində əməkdaşlığa böyük maraq göstərir.

Qeyd edilmişdir ki, gələcəkdə Azərbaycanın Avropa İttifaqına daha da yaxınlaşması istiqamətində Sloveniyanın təcrübəsindən yararlanmaq mümkündür. Həmçinin Avropa İttifaqı NATO-ya üzv olan Sloveniya Azərbaycanla bu təsisatlar arasında əlaqələrin dərinləşməsində, eləcə "Şərqdə yeni qonşuluq siyasəti" çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verə bilər.

Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə Azərbaycanda Sloveniyanın Sloveniyada Azərbaycanın səfirliyinin açılması məsələsinə toxunulmuş, bu amilin ikitərəfli əlaqələrin inkişafında oynayacağı roldan bəhs olunmuşdur. 2007-ci ildə Sloveniyada abidəsi ucaldılmış Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin (Mixaylo) sloven xalqının faşizmə qarşı mübarizəsində oynadığı unudulmaz roldan danışılmış xatirəsi anılmışdır. B.Muradova Azərbaycanın qəhrəman oğlunun xatirəsinə göstərilən ehtiram ucaldılmış abidəyə görə Sloveniya tərəfinə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycanın Sloveniyada birbaşa səfirliyi olmasa da, M.Hüseynzadə mənəvi olaraq Azərbaycanın bu ölkədə ilk səfiri hesab edilə bilər hər iki xalqın bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin dərinləşməsində əvəzsiz tarixi rol oynamışdır.

Sloven tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, danışıqların hazırkı vəziyyəti müzakirə edilən həll variantları barədə məlumat verilmişdir. Xatırladılmışdır ki, ötən il martın 14-də BMT-nin Baş Məclisinin 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət"ə dair qətnaməyə Avropa İttifaqının digər üzv dövlətləri kimi, Sloveniyanın da bitərəf mövqe tutması ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sloveniyalı həmkarına məktubla müraciət etmişdir. Məktubda Sloveniya tərəfindən qətnamənin müzakirəsi zamanı bitərəf qalması ilə bağlı mövqeyinin açıqlanması öz əksini tapmışdır. İndiyədək həmin məktuba reaksiya verilmədiyini bildirən B.Muradova cavab məktubunda ölkələrin ərazi bütövlüyü prinsipi şərtinin öz əksini tapacağına əminliyini ifadə etmişdir.

M.Drobniç qeyd etmişdir ki, həmin qətnamənin müzakirəsi zamanı Sloveniya Avropa İttifaqının ümumi mövqeyinə qoşularaq hərəkət etmişdir. Sloveniya da yaxın keçmişdə öz qonşuları ilə ərazi münaqişəsində olmuş ölkəyə qaçqın axını baş vermişdir. Bu səbəbdən Azərbaycanın üzləşdiyi problemi burada yaxşı başa düşürlər.

Azərbaycan Sloveniyanın dövlət bayraqları ilə bəzədilmiş Milli Assambleyada keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyəti yüksək səviyyədə qarşılanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı bağışladığı parlamentin foyesində görməli yerdə nümayiş olunan hədiyyə dost ölkələrimiz arasında münasibətlərin yüksək inkişafına bariz nümunədir.

Ölkələrimizin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq qrupları parlament sədrlərinin qarşılıqlı səfərlərinin təşkili məsələləri ətrafında söhbət aparılmışdır. Qarşılıqlı əlaqələrin inkişafı ilə yanaşı, eyni zamanda, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Azərbaycan tərəfi sloveniyalı həmkarlarının Azərbaycanda iqtisadi-siyasi-sosial vəziyyət, parlamentarizmin strukturu, ölkədə milli azlıqların vəziyyəti, eləcə də siyasi partiya və milli azlıqların parlamentdə təmsil olunması barədə suallarını cavablandırmışdır.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun Sloveniya Milli Assambleyasının sədrinə ünvanladığı dəvət məktubu təqdim olunmuşdur. Eyni zamanda, O.Əsədovun yaxın gələcəkdə Sloveniyaya mümkün rəsmi səfəri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşlərdə Azərbaycanın Sloveniyada akkreditə olunmuş səfirliyinin nümayəndələri də iştirak etmişlər.

 

 

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2009.-20 fevral.-S.8.