"Bakı-İslam mədəniyyətinin
paytaxtı-2009" Mədəniyyət
ilinin açılışı
mərasimində iştirak
etmiş qonaqlar Heydər Əliyev Fondunda olmuşlar
"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin açılışı münasibətilə
Azərbaycana gələn
xarici qonaqlar fevralın 19-da Heydər Əliyev Fondunda olmuşlar.
Azərbaycan xalqının ümummilli
liderinin xatirəsinə
yaradılmış fondun
məqsədləri, ulu
öndərin şəxsi
arxivindən götürülmüş
və onun fəaliyyətinin ayrı-ayrı
dövrlərinə aid eksponatlar
barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Qonaqlar fenomen şəxsiyyət Heydər
Əliyevin həyatının
ən müxtəlif məqamlarını əks
etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxlu sənədlərlə, dünyanın
tanınmış siyasi
xadimlərinin bəxş
etdikləri hədiyyələrlə,
ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu
elm, mədəniyyət və
incəsənət xadimlərinin
Azərbaycan dövlətinin
qurucusu haqqında fikirləri ilə tanış oldular, müxtəlif ölkələrin
liderləri ilə görüşlərdə çəkilmiş
şəkillərə maraqla
baxdılar.
Qonaqlara Heydər Əliyev Fondunun nəşrləri hədiyyə edildi.
AzərTAc
Azərbaycan.-2009.-20 fevral.-S.4.