Roald Saqdeyev: "MDU-nun bu gözəl filialında görkəmli alimlər nəsli yetişə bilər"

 

 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında dünya şöhrətli alim, Merilənd Universitetinin professoru, akademik Roald Saqdeyev ilə filialın professor-müəllim heyəti tələbə kollektivinin görüşü keçirilmişdir.

Filialın rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva görüşü açaraq, tədbir iştirakçılarına görkəmli fizik alimin xidmətləri, son dərəcə maraqlı tədqiqatlarla zəngin olan elmi fəaliyyəti haqqında məlumat vermişdir. Vaxtilə SSRİ- yaşamış Roald Saqdeyev 1973-cü ildən SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna başçılıq etmişdir. Onun rəhbərliyi ilə "Kosmos", "Proqnoz", "İnterkosmos", "Meteor", "Astron", "Mars", "Venera" seriyalı kosmik aparatlarda, "Soyuz" "Salyut" orbital komplekslərində bir sıra nadir tədqiqatlar aparılmışdır. O, həm "Veqa" adlı möhtəşəm beynəlxalq kosmik layihənin elmi rəhbəri olmuşdur. 1989-cu ildən Merilənd Universitetinin professoru olan akademik Saqdeyev Şərq-Qərb elmi araşdırmalar mərkəzinə rəhbərlik edir, bir sıra xarici ölkələrin elmi cəmiyyətlərinin üzvüdür.

Roald Saqdeyevin həm sırf elmi baxımdan, həm adi insani mənada çox maraqlı həyat yolu keçdiyini vurğulayan Nərgiz Paşayeva sonra sözü akademikə vermişdir.

Çıxışına böyük rus şairinin məşhur "Salam, gənc, naməlum nəsil" sözləri ilə başlayan dünya şöhrətli alim doğma Moskva Dövlət Universitetində təhsil aldığı illərlə bağlı səmimi xatirələrini söyləmişdir.

Akademik demişdir: "İndi siz çox gözəl şəraitdə təhsil alırsınız, geniş, işıqlı, hər cür avadanlıqla təchiz olunmuş auditoriyalar, elektron kitabxana, internet - bütün bunlar sizin xidmətinizdədir. Biz isə səhər tezdən kitabxanaya gedib özümüzə yoldaşlarımıza yer tutmalı olurduq. Filialınızın bir binada olması çox yaxşı haldır, burada tələbələrlə professorlar arasında səmimi münasibətlər, stimullaşdırıcı ab-hava duyulur. Bu gözəl filialda görkəmli alimlər nəsli yetişə bilər".

Böyük Landaunun şagirdi olmuş Roald Saqdeyev "Landau minimumu" deyilən imtahanları uğurla vermiş azsaylı mütəxəssislərdən biridir. Akademik bu faktı böyük fizikin vətəni ilə onu bağlayan daha bir məqam hesab edir.

Tələbələrin suallarını cavablandıran alim demişdir ki, o, mövcud dinlərin heç birinə mənsub deyil, lakin öz elmi axtarışlarında izahedilməz hadisələrlə üzləşən hər bir alim kimi, o da təbiətdə ali qüvvələrin mövcud olmasına inanır. Dinin elmə təsiri məsələsinə gəldikdə isə, akademik Saqdeyev bildirmişdir ki, məhz müsəlman renessansı dövründə elmi təfəkkürün tərəqqisi faktı göz qabağındadır, məhz həmin dövrdə riyaziyyat, astronomiya kimi elmlər sürətlə inkişaf etmiş, Aristotel bir sıra başqa alimlər yetişmişdir. Professor bəşəriyyətin hələ həll etməli olduğu məsələlər barədə fikirlərini bölüşmüşdür.

Çıxışının sonunda "Sizin nəsil bəşəriyyəti enerji böhranından çıxarmalı olacaqdır" deyən Saqdeyev bu fikrini açıqlayaraq izah etmişdir ki, enerji ehtiyatları sonsuz deyil indiki nəslin nümayəndələri alternativ enerji mənbələrini tapıb bəşəriyyətə təklif etməlidir.

Sonda tələbələrin ifasında kiçik konsert proqramı səslənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.8.