İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçiriləcək VI konfransı ilə bağlı məsələlər müzakirə edilmişdir

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev fevralın 19-da "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gəlmiş İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Görüşdə İslam Konfransı Təşkilatının (İKT) üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin bu ilin oktyabrında Bakıda keçiriləcək VI konfransı ilə bağlı məsələlər müzakirə edilmişdir.

Əbülfəs Qarayev qonağa "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər barədə ətraflı məlumat vermişdir.

Nazir vurğulamışdır ki, İKT-nin üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının gündəliyi artıq hazırdır bu istiqamətdə ciddi işlər görülür. Növbəti iki il müddətində Azərbaycan bu konfransa sədrlik edəcəkdir bununla bağlı xüsusi plan hazırlanacaqdır.

Ə.Qarayev bildirmişdir ki, Azərbaycan İSESKO ilə əlaqələrə xüsusi önəm verir. "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirlər bu əlaqələri daha da genişləndirəcəkdir.

"Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı münasibətilə təbriklərini çatdıran İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri vurğulamışdır ki, Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlaşmışdır. Bakı islam mədəniyyəti islam sivilizasiyası üçün çox mühüm tarixi bir şəhərdir.

Əbdüləziz bin Osman əl-Tüveycri demişdir ki, Azərbaycan ərazisinin müəyyən hissəsi erməni işğalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət sivilizasiya məkanları dağıdılmışdır. Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. İnanırıq ki, yaxın vaxtlarda işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 fevral.-S.8.