ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi yolla mümkünsüzlüyünə dair bəyanatları Ermənistana yönəlməlidir

 

Fevralın 20-də Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydıqları son bəyanatla əlaqədar mövqeyini bildirmişdir.

Minsk qrupu həmsədrlərinin bəyanatında Azərbaycanın ötən ilin dekabrında BMT Baş Məclisində yaydığı sənədlərdə əks olunmuş məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmaması ilə bağlı məsələlər daxildir. Azərbaycanın yaydığı sənədlər beynəlxalq hüququn norma prinsiplərinə əsaslanmışdır. Bu prinsiplər noyabrın 2-də Moskvada Azərbaycan, Rusiya Ermənistan prezidentləri arasında imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn norma prinsipləri çərçivəsində qəbul olunmuş sənəd qərarlar əsasında həlli qeyd olunur. Azərbaycanın bu cür sənədlər yayması normal haldır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu sülh yolu isə beynəlxalq hüququn norma prinsiplərinə əsaslanmalıdır.

Ermənistan hər zaman münaqişənin hərbi yolla həllinə çalışmışdır. Ona görə ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünə dair tələbləri məhz Ermənistana yönəlməlidir. Həmsədrlər Ermənistanın münaqişənin sülh yolu ilə həllini işğalçı ölkədən silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidirlər.

Xatırladaq ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xarici İşlər Nazirliyinin tapşırığı ilə ötən ilin dekabrında BMT-nin baş katibinə iki hesabat təqdim etmişdi. Hesabatlar Baş Məclisin 63-cü sessiyası çərçivəsində yayılmışdır. Bunlar "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi fəsadları barədə" "Dövlətlərin ərazi bütövlüyünün təməl norması Ermənistanın revizionist iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ barədə" hesabatlardır. Birinci hesabat Ermənistanın Azərbaycana hərbi təcavüz həyata keçirib-keçirməməsi Azərbaycanın BMT-nin Nizamnaməsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq hüququnun olub-olmaması ilə bağlıdır. Ciddi faktlar əsasında hazırlanmış hesabat hər iki suala cavab vermişdir.

İkinci hesabat dövlətlərin ərazi bütövlüyü konsepsiyası, xalqların öz müqəddəratını təyin etməsi prinsipinin statusu onun evolusiyası, həmçinin ermənilərin iddialarının, xüsusən Dağlıq Qarabağa olan iddialarının məzmununu əhatə edir. Hesabatda əldə olunan nəticə ondan ibarətdir ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ayırmaq iddiası beynəlxalq hüquq normalarına ziddir. Eyni zamanda Ermənistanın qonşu dövlətə qarşı addımları beynəlxalq hüquq normaları xüsusən ərazi bütövlüyü normalarının rəsmi Yerevan tərəfindən pozulduğunu sübut edir.

Hər iki sənəddə münaqişə ilə bağlı Azərbaycanın rəsmi mövqeyi əks olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-21 fevral.-S.1.