Ş.İ.Bilalova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Bilalov Şaiq İsmayıl oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-21 fevral.-S.1.