Azərbaycan 2010-cu ilədək
qanunvericiliyin DTT standartlarına
uyğunlaşdırılması üzrə fəaliyyət
planını yerinə
yetirmək niyyətındədir
Azərbaycan 2010-cu ilədək qanunvericiliyin
Dünya Ticarət Təşkilatının (DTT) standartlarına
uyğunlaşdırılması üzrə fəaliyyət
planını yerinə
yetirmək niyyətindədir. Bunu xarici
işlər nazirinin müavini Mahmud Məmmədquliyev
Xəzər İnteqrasiya
İşgüzar Klubunun
üzvləri ilə görüşdə bəyan
etmişdir.
M.Məmmədquliyev bildirmişdir ki,
2006-cı ildə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
qanunvericiliyin DTT standartlarına
uyğunlaşdırılmasına dair fəaliyyət planı təsdiqlənmişdir. Hazırda
bu plan çərçivəsində
müəyyən qanun
və sənədlər
artıq təsdiqlənmiş,
onların digər hissəsi təsdiqlənmə
prosesindədir. Ümid
olunur ki, bu plan 2009-cu ilin sonunadək yerinə yetiriləcəkdir. Gələcəkdə zərurət yaranarsa, qanunvericiliyin DTT standartlarına
uyğunlaşdırılması prosesi davam etdirilə
bilər.
Nazir müavini əlavə etmişdir ki, 2009-cu ilin birinci yarısında
Cenevrədə işçi
qrupunun DTT Katibliyi ilə növbəti görüşü keçirilə
bilər. Hər şey qurum
üzvlərindən aldığımız
suallara nə qədər tez cavab verə biləcəyimizdən asılıdır.
Bizim cavablarımızla
Azərbaycanın 2009-cu ildə DTT-nin bəzi üzvləri ilə ikitərəfli danışıqları başa
çatdıra biləcəyini
deyən M.Məmmədquliyev
vurğulamışdır ki,
hazırda 6 ölkə
ilə danışıqlar
sona yetmişdir. Onlardan Türkiyə, BƏƏ,
Qeyd edək
ki, Azərbaycan 2007-ci
ildə Türkiyə,
2008-ci ildə isə
Oman və BƏƏ ilə
danışıqların başa
çatması haqda ikitərəfli protokol imzalamışdır.
* * *
M.Məmmədquliyev demişdir
ki, rotasiya prinsipinə görə, Azərbaycan 2009-cu ilin mayından Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında
(QİƏT) 6 ay müddətinə sədr olmalıdır. Biz hazırda bu
məsələni öyrənirik.
Azərbaycan təşkilatda sədrlik
edəcəyi təqdirdə
əsas prioritet istiqamətlərini müəyyənləşdirmişdir.
Birinci istiqamət QİƏT-in strukturunda
islahatların dərinləşdirilməsidir.
2003-cü ildə biz islahatlarla bağlı məsələ qaldırdıq,
lakin indiyədək lazımi nəticələr
əldə olunmamışdır.
Buna görə də hesab edirik
ki, QİƏT-də sədrlik islahatlara yeni təkan verəcəkdir.
Nazir müavini Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsini ikinci,
QİƏT ölkələrində informasiya-kommunikasiya texnologiyalarının
inkişafının təşviqini
üçüncü prioritet
istiqamət adlandırmışdır. Biz informasiya-kommunikasiya texnologiyalarının
inkişafını vacib
sayırıq və Azərbaycan bu sahədə əlaqələndirici
ölkə olmağa hazırdır.
AzərTAc
Azərbaycan.-2009.-21 fevral.-S.2.