Azərbaycan xalqının
tərəqqisinə hesablanan
islahatlar uğurla davam edir
Yeni Azərbaycan
Partiyasının Yasamal
rayon təşkilatının yaranmasından 16 il
keçir. Ötən gün 16-cı ildönümünə
həsr olunmuş toplantı ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla anaraq öz işinə başladı.
Toplantını YAP Yasamal
rayon təşkilatının sədri Fikrət İsmayılov açaraq
bildirdi ki, 1993-cü il fevralın 20-də 26 partiya özəyini təmsil edən 560 nəfər təşəbbüskeş
ilə təsis konfransı keçirildi. Bu
gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının
sıralarında 153 ilk partiya
təşkilatını təmsil
edən 22000-dən artıq
partiya üzvü fəaliyyət göstərir:
"Ta o gündən başlayaraq
hər bir
YAP Yasamal rayon təşkilatının
idarə heyətinin üzvü, Bakı Metropoliteninin rəisi
Tağı Əhmədov bildirdi ki, Yeni Azərbaycan
Partiyasının yaranması bizə ilk növbədə
müstəqil Azərbaycan verdi: "Bu gün YAP-ın 500 minə
yaxın üzvü var. Üzvlərin sayı isə getdikcə
artmaqdadır. Xalqımızın
qazandığı ikinci ən böyük uğur bu siyasi
kursun davamçısı olan dövlət
başçımız İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın irəliləməsidir. Hamımız
yaxşı bilirik ki, dünya ölkələrini
bürümüş iqtisadi böhran respublikamızdan yan
keçdi. Bu, əlbəttə
düşünülmüş, məqsədyönlü
islahatların nəticəsidir".
Çıxış
edənlər - orta məktəb müəllimləri, həkimlər
və ictimaiyyətin nümayəndələri YAP Yasamal rayon
təşkilatının idarə heyətini və üzvlərini
təşkilatın ildönümü münasibətilə təbrik
edib, uğurlu fəaliyyətlərini davam etdirmək
üçün onlara bir daha müvəffəqiyyətlər
arzuladılar.
Yeni Azərbaycan
Partiyası Yasamal rayon təşkilatının
yaranmasının 16-cı ildönümünə həsr olunmuş
təntənəli toplantı iştirakçıları
sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri İlham Əliyevə müraciət
qəbul etdilər.
R.Rzalı
Azərbaycan.-2009.-21 fevral.-S.2.