Azərbaycanda səfirliyin açılması Avstriya hökumətinin prioritetləri siyahısında ən yuxarı yerdədir

 

ATƏT Parlament Assambleyasının 8-ci qış sessiyasında iştirak etmək üçün Avstriyada səfərdə olan Milli Məclisin nümayəndə heyəti fevralın 19-da Avstriya Parlamentinin Avstriya-Cənubi Qafqaz Mərkəzi Asiya işçi qrupunun rəhbəri Karl Öllinger qrupun digər üzvləri ilə görüşmüşdür.

Görüşdə hər iki ölkə parlamentindəki işçi qrupları arasında əlaqələrin inkişafı yolları təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkil olunması müzakirə edilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, geniş coğrafi məkanı əhatə edən Mərkəzi Asiya Cənubi Qafqazda xeyli dövlət yerləşir bir işçi qrupunun bütün bu ölkələri səmərəli şəkildə əhatə etməsi çox çətindir. Həmin regionda Azərbaycan kimi xüsusi çəkiyə malik ölkələrlə ayrıca işçi qrupunun yaradılması qarşılıqlı əlaqələrin dərinləşməsində xüsusi rol oynaya bilər. B.Muradova eyni zamanda, işçi qrupunu Avstriyanın Azərbaycanda səfirliyinin açılması məsələsində ölkə parlamenti hökumətinə təsir göstərməyə çağırmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubileyində iştirakını xoş sözlərlə xatırlayan Karl Öllinger ölkəmizə daha əvvəl - 2003-cü ildə seçki müşahidəçisi kimi gəldiyini ötən dövrdə Azərbaycanın yüksək inkişafının şahidi olduğunu qeyd etmişdir. Avstriya parlamentinin bir neçə ay öncə formalaşdığını qeyd edən K.Öllinger işçi qrupuna dair məsələyə parlamentdə baxılacağını bildirmişdir. O demişdir ki, Cənubi Qafqaz regionu Avstriya üçün böyük əhəmiyyətə malikdir həmin regionun əsas dövləti olan Azərbaycanda Avstriya səfirliyinin açılması Avstriya hökumətinin prioritetləri siyahısında ən yüksək yerdədir.

Görüşdə parlamentlərarası əlaqələrin dərinləşdirilməsi üçün yüksək səviyyəli səfərlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2009.-21 fevral.-S.2.