Azərbaycan-Küveyt əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

 

Azərbaycan yerləşdiyi regionda lider mövqeyini qoruyub saxlamaqla dünyanın nüfuzlu beynəlxalq təşkilatları dövlətlərilə qarşılıqlı maraqlar əsasında əlaqələrini genişləndirməkdədir. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun balanslaşdırılmış xarici siyasət xətti yürüdən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakını təmin etmişdir.

Azərbaycan Respublikasının tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin yaranmasının əsasını qoymuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ötən beş ildə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etmişdir. Bu konsepsiyada əksini tapmış prinsiplərə uyğun olaraq rəsmi Bakı bütün beynəlxalq regional məsələlərə münasibətdə beynəlxalq normalara əsaslanmış, ayrı-ayrı dövlətlərlə sivil, bərabərhüquqlu qarşılıqlı maraqlara əsaslanan əlaqələrə üstünlük vermişdir.

Dünyanın iqtisadi-siyasi düzənində özünəməxsus yer tutan, əsasən neft ölkəsi kimi tanınan Küveyt ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasət kursunda xüsusi prioritet təşkil edir. Azərbaycan-Küveyt münasibətləri ölkəmiz müstəqillik əldə etdikdən sonra dinamik inkişaf etmişdir. Küveyt 30 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqillyini tanımış 1994-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanmışdır.

Azərbaycan-Küveyt münasibətlərinin xüsusi inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Parlamentlərarası dostluq qrupunun rəhbəri ən müxtəlif səviyyələrdə keçirdiyi görüşlərdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdı. Küveytin nümayəndə heyətinin rəhbəri səfər zamanı ümummilli lider Heydər Əliyevlə görüşüb müxtəlif məsələlər - Küveyt-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq terrorizmə qarşı mübarizə barədə geniş fikir mübadiləsi aparmışlar.

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Bu, Azərbaycan-Küveyt münasibətlərinə aiddir. Küveytin hökumət parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni səhifələr açmışdır.

İslam Konfransı Təşkilatının 19-21 iyun 2006-cı ildə Bakıda keçirilən Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında Küveyt dövlətinin xarici işlər naziri iştirak etmişdir. Küveytin xarici işlər naziri ölkəmizdə səfərdə olarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə çağıran BMT qətnamələrinə Ermənistan tərəfindən riayət edilməsinin vacibliyini bildirmişdi.

Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Saninin başçılıq etdiyi nümayəndə heyətinin 22-23 oktyabr 2007-ci ildə ölkəmizə səfəri parlamentlərarası əlaqələrin inkişafı baxımından əlamətdar olmuşdur. Dostluq qrupunun rəhbəri səfər zamanı Milli Məclisdə bir sıra görüşlər keçirmiş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da inkişafı perspektivlərinə dair geniş fikir mübadiləsi aparmışdır. Nasir Casim əl-Sani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəklərini bir daha bəyan etmişdir.

Prezident İlham Əliyevin bu günlərdə Küveytə rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələdə inkişafı baxımından əhəmiyyətli olmuşdur. Səfər zamanı dövlət başçısı İlham Əliyev Küveyt paytaxtında bu ölkənin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişlər. Azərbaycan Küveyt arasında siyasi müstəvidə əlaqələrin səviyyəsindən razılıq ifadə olunmuş iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi vacib sayılmışdır. "Bəyan" sarayında Prezident İlham Əliyev Küveyt dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə dövlətlərarası sənədlərin imzalanma mərasimi keçirilmişdir. Azərbaycan Küveyt hökumətləri arasında birgə komissiyanın yaradılması, sərmayələrin təşviqi qarşılıqlı qorunması, gəlirlərə əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər imzalanmışdır. Eyni zamanda, iki ölkə arasında ticarət, turizm sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlərin imzalanması əməkdaşlığın daha da dərinləşməsinə böyük imkanlar açacaqdır.

Küveyt dövlətinin Əmiri ölkəsinin ən ali mükafatı olan "Mübarək əl-Kəbir" ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyev öz növbəsində iki ölkə arasında dostluq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Küveyt dövlətinin Əmirini Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif etdi.

Azərbaycan-Küveyt əlaqələrinin siyasi müstəvidə olduğu kimi, iqtisadi sahədə inkişaf etdirilməsi üçün əməli addımlar atılmışdır. Zəngin təbii resurslara, potensial imkanlara malik olan hər iki dövlət arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı qarşıda daha böyük nailiyyətlərdən xəbər verir.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-21 fevral.-S.3.