Ötən il Ağdaşda ümumi daxili məhsul istehsalı 24,5 faiz artmışdır
Ağdaşda 2008-ci ilin sosial-iqtisadi yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat yığıncağı
keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rafiq
Niftəliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirmişdir ki,
2008-ci ildə rayonda ümumi daxili məhsul istehsalı 24,5, sənaye məhsulları istehsalı
18, pərakəndə əmtəə
dövriyyəsi 80,1, əhalinin
gəlirləri 46,5, adambaşına
düşən gəlirlər
44,6, orta aylıq əməkhaqqı isə
72,9 faiz artmışdır.
Ötən il
Ağdaşda 2447 yeni
iş yeri açılmışdır ki,
bunun da 817-si daimidir.
Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması
məqsədilə 2008-ci ildə
rayonda 23,3 km uzunluğunda
müxtəlif gücdə
elektrik verilişi xətləri çəkilmiş,
13 yeni transformator qoyulmuş və 55 elektrik transformatoru təmir olunmuşdur. Bununla belə, məruzəçi
onu da qeyd
etmişdir kt, mövcud elektrik avadanlıqlarının müəyyən
qisminin istismar müddətini başa vurması əhalinin elektrik enerjisi ilə təminatında fasilələrin yaranmasına,
ötürülən enerjinin
keyfiyyətinin standartdan
aşağı olmasına
gətirib çıxarır.
Paylayıcı Elektrik Şəbəkəsi
sadalanan problemləri aradan qaldırmaq üçün zəruri
tədbirlər görməli,
sayğaclara müdaxilə
və qanunsuz qidalanma hallarına qarşı mübarizəni
gücləndirməlidir. Keçən il
təbii qaz verilişi bərpa olunan yaşayış məntəqələrinin sayı
27-yə çatdırılmışdır.
Hazırda bu iş davam etdirilir.
2008-ci ildə
rayonda təmir-tikinti və quruculuq-abadlıq işləri geniş vüsət almış,
rayon ərazisində 26,7
milyon manatlıq tikinti işləri görülmüşdür. Bu sıradan şəhid ailələri və Qarabağ əlilləri üçün 48 mənzilli
yaşayış evinin,
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binasının və 9 saylı Ərazi Vergilər İdarəsinin yeni xidmət terminalının
istifadəyə verilməsini
göstərmək olar.
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə rayonda inşa olunan uşaq musiqi məktəbinin tikintisində
isə tamamlama işləri aparılır.
Bunlardan əlavə, ötən il Ərəb kəndində
həkim ambulatoriyası,
Ləki qəsəbəsində
poçt binası tikilmiş, həmçinin
rayonun Orta Ləki, Kükəl, Ərəb kəndlərinin
kəndarası yolları,
Əmirarx-Güvəkənd-Ləki qəsəbəsi yolu asfaltlaşdırılmış, Eymur, Ərəbşəki,
Ağcaqovaq və Şordəhnə kəndlərinin
daxili yolları əsaslı təmir olunmuş, bütün kənddaxili yollara çınqıl döşənmişdir.
Eyni zamanda, Yuxarı Nemətabad kəndində
sutəmizləyici qurğu
quraşdırılmış, Xosrov və Pirəzə kəndlərində
artezian quyuları qazılmışdır.
Yeri gəlmişkən
qeyd edək ki, 2008-ci il aprel ayının 17-də
Ağdaş şəhərinin
su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin təqdimat mərasimi keçirilmiş,
layihə çərçivəsində
3 artezian quyusu qazılmış, idarə
və anbar binalarının tikintisinə
başlanmışdır.
Ağdaş respublikanın
aqrar rayonlarından olduğu üçün
burada kənd təsərrüfatı məhsulları
istehsalının artırılması
ön plana çəkilmiş, 2008-ci ildə
kənd təsərrüfatı
məhsulları istehsalından
97,6 milyon manat gəlir əldə edilmişdir. Keçən il rayon üzrə 43,3 min ton taxıl
istehsal olunmuş, qara malın sayı 72,1 min, davarların
sayı isə 87,4 min
başa çatdırılmışdır.
2008-ci ildə bostançılıq
və meyvəçilik
də sürətlə
inkişaf etmiş,
19,1 min ton meyvə, 10 min tona
yaxın kartof, 21,2 min
ton bostan məhsulları
istehsal olunmuşdur.
Məruzədən o da məlum oldu ki, son beş il ərzində Ağdaşda 664 yerlik orta məktəb binaları və 520 yerlik əlavə sinif otaqları inşa edilmiş, bir sıra məktəb
binaları əsaslı
və cari təmir olunmuşdur. Hazırda Yuxarı Ləki və Qaradeyin kəndlərində yeni məktəb binaları tikilir. İnşa edilən Olimpiya
İdman Kompleksinin tikintisi isə başa çatmaq üzrədir.
Telman Nəzərli
Azərbaycan.-2009.-21 fevral.-S.4.