Xarici ölkə jurnalistləri gördüklərindən sarsılmışdılar

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə törətdiyi cinayət müharibələr tarixində bənzəri olmayan hadisələrdəndir. Xocalıda 613 nəfər, o cümlədən 106 qadın 63 uşaq qətlə yetirilmiş, 487 nəfər şikəst olub, 1275 adam erməni əsirliyinin dəhşətlərindən keçib. 150 nəfər itkin düşüb, şəhər yer üzündən silinib. Təəssüf ki, Azərbaycan xalqı XIX əsrdən indiyədək fasilələrlə bir neçə dəfə belə qanlı cinayətlərin soyqırımının qurbanı olmuşdur.

Şahidlər söyləyirlər ki, həmin gecə yüzlərlə qadın, 2 yaşından 15 yaşınadək uşaq qoca güllələnmiş, meyitlərin çoxu təhqir olunmuş, başı kəsilmiş, dərisi soyulmuşdu. Hadisədən bir neçə gün sonra - fevralın 28- hadisə yerinə vertolyotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü görmüşlər.

ASALA erməni terror təşkilatının fəal üzvlərindən biri Vazgen Sislyan Xocalıda azərbaycanlı uşaqların qətlə yetirilməsində əli olduğunu mətbuatdan gizlətməmişdi. Həmin qanlı cinayətin ən fəal iştirakçısı, sonralar Ermənistanın prezidenti seçilən Robert Koçaryan Sislyanı Qarabağ müharibəsinin qəhrəmanı elan etmişdi. Xocalı faciəsinin iştirakçısı Davud Xeyriyanın Xocalı soyqırımı ilə bağlı kitabından: "...martın 2- "Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən bir kilometr aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından əlindən yaralanmış on yaşlı qız uşağını gördüm. Sifəti göyərmiş bu qız uşağı aclığa, soyuğa aldığı yaralara baxmayaraq, hələ sağ idi. Sakitcə nəfəs alırdı. Ölümlə çarpışan balaca qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra onları yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasından kimsə qışqırır, köməyə çağırırdı. Bundan sonra mən daha yeriyə bilmədim".

Faciədən bir neçə gün sonra Amerikadan, Rusiyadan, Fransadan, Almaniyadan, Türkiyə İngiltərədən hadisə yerinə gələn jurnalistlər gözləri ilə gördüklərindən dəhşətə gəlmişdilər. Onlar Xocalıda törədilən soyqırım faktını təsdiq etməklə bərabər ölkələrinin mətbuatında çıxış etmişlər.

"Vaşinqton Post" qəzeti: "...ermənilər hücum edərkən yüzlərlə uşaq, qoca, qadın həlak olmuşdur. Onlardan yeddisinin cəsədini bu gün bizə göstərdilər. İkisi uşaq idi, ikisi isə qadın. 120 nəfər Ağdam hospitalındadır. Çoxlarının bədənində şişuclu silah yaraları var idi".

"Times" qəzeti: "Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar uşaqlardır. Yüzlərlə, bəlkə minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar, insanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə əri, qayını oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür".

"Times" qəzeti, Anatoli Levin: "Dağlıq Qarabağda təpələrin üstündə 60-dan artıq adamın, o cümlədən qadınların uşaqların cəsədləri tapılmışdır. Bu da erməni qoşunlarının azərbaycanlı qaçqınları qırıb-çatdıqlarını sübut edir. Yüzlərlə qaçqın indiyədək tapılmamışdır".

"Times" qəzeti: "Çoxları şikəst olmuşdur, balaca bir qız uşağının isə yalnız başı tapılmışdı".

"İzvestiya" qəzeti: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərmişdir. Yaşlı bir qadının üzünün yarısını kəsmişdilər. Kişilərin başlarının dərisi soyulmuşdu".

"Sunday Times" qəzeti. Tomas Qolts erməni əsgərlərinin təşkil etdikləri qırğın haqqında xəbər verən ilk müxbir idi: "Xocalı kasıb, mağazaları boş, yolları çirkli yaşıllıqsız şəhər idi. Bununla belə, yaxşı dövrlərdə torpağı əkib-becərən, toyuq-cücə saxlayan minlərlə azərbaycanlı yaşayırdı orada. Ötən həftə bu şəhər yer üzündən silindi".

"Financial Times" qəzeti: "Ermənilər Ağdama üz tutmuş qaçqınlar dəstəsini atəşə tutmuşlar. Azərbaycanlılar burada 1200-ə qədər meyit saydılar. Livanlı kinooperator təsdiq etdi ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa canlı qüvvə silah göndərir".

"İzvestiya" qəzeti, mayor Leonid Kravets: "Mən təpənin üstündə yüzə yaxın meyiti öz gözlərimlə gördüm. Bir oğlanın başı yox idi. Hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq qoca meyiti görünürdü".

"La Mond" qəzeti: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır".

"Valer aktual" jurnalı. (Paris) 14 mart 1992-ci il: "Bu muxtar regionda erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlər ən müasir hərbi texnikanı, o cümlədən vertolyotları işlədə bilirlər. ASALA-nın Livanda Suriyada hərbi düşərgələri silah-sursat anbarları vardır. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, yüzdən çox müsəlman kəndində qırğın törətmişlər".

"Kria L Evereman" jurnalı: "Ermənilər Xocalıya hücum etdilər. Bütün dünya eybəcər hala salınmış cəsədləri gördü".

Böyük Britaniyanın "Fant men Nyus" teleşirkətinin Xocalıda olmuş əməkdaşı R.Patrik: "Xocalıdakı vəhşiliklərə heç ilə haqq qazandırmaq olmaz".

"Memorial" Hüquq Müdafiə Mərkəzinin hesabatından: "Xocalı 1991-ci ilin payızından əsasən blokadaya alınmışdı. Daxili Qoşunlar Dağlıq Qarabağdan çıxarıldıqdan sonra ərazi tam blokadada oldu. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi. Xocalının icra başçısı Elman Məmmədovun təkidli müraciətinə baxmayaraq, əhali evakuasiya olunmamışdı".

Hücumun iştirakçıları: "Hücuma zirehli texnikanın, zirehli maşınların, piyadaların döyüş maşınlarının tankların dəstəyilə Artsaxın Milli Azadlıq Ordusunun hissələri başladı. Sovet ordusunun 366-cı alayın hərbçiləri fevralın 25-də saat 23-dən toplardan atəş açmağa başladılar. İlk növbədə yaşayış massivində yerləşən kazarma digər müdafiə nöqtələri dağıdıldı. Piyada hissələr şəhərə fevralın 26-da saat 1-4 arasında girmişdilər. Sonuncu müdafiə nöqtəsi səhər saat 7-də məhv edilmişdi".

 

 

Hazırladı:

Rəsmiyyə Rzalı

 

Azərbaycan.-2009.-21 fevral.-S.6.