Mənalı yaşanan ömür

 

Yaxın günlərdə işıq üzü görmüş "Professor Qəmərşah Cavadov-70" məqalələr, xatirələr toplusunu oxuyanda öncə bu kəlamı xatırladıq: "İnsan dünyaya ovcu sıxılmış halda gəlir sanki bütün dünya mənimdir - deyir. Qismət payını yaşayıb, ömrünü başa vuranda isə həyatdan əlləri açıq gedir. Elə bil baxın, özümlə heç aparmadım - deyir". Görkəmli elm xadiminin axtarışları, tədqiqatları ilə yaxından tanış olanda, haqqında xoş xatirələri oxuyanda əməlli-başlı heyrətləndik. Kitab bütövlükdə məşhur ziyalı, tarix elmləri doktoru, professor Qəmərşah Cavadovun 70 illik yubileyinə hədiyyə olaraq çap olunub.

Sözügedən topluda qeyd edildiyi kimi, Q.Cavadov 1938-ci ildə ölkəmizin şimal bölgəsində dünyaya göz açmışdı. Ağır gün-güzəran görsə , gələcəyə inamla, ümidlə baxmışdı. Orta məktəbi yüksək qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ali təhsilini başa vuran ili təyinatla Dəvəçi rayonuna göndərilmiş, Aygünlü kənd orta məktəbində dərs hissə müdiri işləmiş, həm ixtisası üzrə dərs demişdi. Lakin elmə, tədqiqat sahəsinə sonsuz marağı onu yenidən Bakıya qayıtmağa vadar etmiş, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Etnoqrafiya ixtisası üzrə aspiranturada oxumuşdu. Akademik Ə.Sumbatzadənin rəhbərliyi ilə "XIX əsr XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi.

Dostlarının, həmkarlarının kitabda toplanan xatirələrindən məlum olur ki, Qəmərşah müəllim həddən artıq vətənpərvər insan olub. Moskva, Sankt-Peterburq, Qroznı, Lvov, Alma-atı, Minsk, Nalçik başqa şəhərlərdə keçirilən ümumittifaq sessiyalarda, beynəlxalq elmi konfranslarda yüksək səviyyədə məruzələri, elmi araşdırmaları, tapıntıları ilə doğma xalqını ləyaqətlə təmsil etmişdi. 1990- ildə tarix elmləri doktoru alimlik dərəcəsi alan, az müddət keçmiş AMEA-nın müxbir üzvü seçilən alimin 350- yaxın elmi-publisistik məqaləsi, 11 monoqrafiya kitabı işıq üzü görmüşdü.

Tarix elmləri doktoru, professor Teymur Bünyadov "Axtarışlarla zəngin toplu" məqaləsində yazıb: "Q.Cavadov səmimi insan, mehriban dost olduğu kimi, həm istedadlı, cəfakeş alim idi. Onun məqalələri birnəfəsə oxunardı. O, elmi axtarışlarını ömrünün son anına kimi davam etdirmiş, uğurlu nəticələr qazanmışdı. Belə bir alimi tanımağımdan fərəh duyardım".

Kitabdakı xatirə müəlliflərindən biri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi Seyfəddin Qəndilovdur. O, "Əsl insan haqqında" məqaləsində yazıb: "Qəmərşah müəllim Azərbaycan xalqının gələcəyi naminə, vətənimizin vahid, bölünməz bir dövlət olması üçün canından keçməyə hazır idi. O, əsərlərində heç nədən çəkinməyərək hər cür ünsürlərlə prinsipial mübarizə aparar, mətbuat səhifələrindən tribunalardan onları əsaslı dəlillərlə ifşa edərdi...EYaşadığı zaman kəsiyində bir ömrə sığmayan fəaliyyət göstərdi, elm yolunda pərvanə kimi yandı. Əminəm ki, Qəmərşah müəllimin əziz xatirəsi onu sevənlərin, əsərlərini oxuyanların qəlbində yaşayacaq. O, həmişə yüksək insani keyfiyyətləri ilə bizimlə birgə addımlayacaq".

Görkəmli alim, unudulmaz elm xadimi Qəmərşah Cavadov dörd ildir ki, dünyasını dəyişib. Həmişə olduğu kimi, bu il fevral ayının 23- dost-tanışları, həmkarları yenə onun ad gününü qeyd edəcəklər. Haqqında məlumat verdiyimiz kitab isə həmin əlamətdar günə ən böyük hədiyyə olacaq. Çünki bu toplu mənalı yaşanan ömrün bədii-publisistik salnaməsidir.

 

 

Azərbaycan.-2009.-21 fevral.-S.5.