Muğanın ilk qəzeti

 

Qələbə qəzetinin ilk nömrəsi 1924-cü il fevralın 21-də Salyanda işıq üzü görüb. Qəzet Azərbaycan və rus dillərində "Qırmızı Muğan"-"Krasnaya Muqan" adı ilə Salyan Qəza Partiya Komitəsinin orqanı kimi nəşr olunurdu. İlk redaktoru Andrey Novoxatski olub. 1930-cu ildən 1962-ci ilə qədər "Sosializm yolu", 1962-1965-ci illərdə "Məhsul", 1965-1992-ci illərdə "Qələbə", 1992-1993-cü illərdə "Günaydın", 1994-cü ilin yanvarından yenidən "Qələbə" adı ilə çıxır.

Qəzetə 85 illik tarixi ərzində 11 redaktor rəhbərlik edib. Tağı Məmmədov, Şirinbala Süleymanov, Əfsərağa Məmmədov, Sahib Səfərov, Səfər Səfərov, Mahmud Ağalarov, Məhəmməd Xəlilbəyli, Akif Quliyev və Fərqanə Cəbrayılova qəzetin dövrün tələbləri səviyyəsində çıxması üçün çox böyük əmək sərf etmişlər. Onların bir çoxu dövlət təltiflərinə layiq görülmüş, əməkdaşları fəxri adlar almışdır.

Xalq şairi Xəlil Rza Ulutürk, Əlağa Kürçaylı, Ağacavad Əlizadə, Aşıq Pənah Pənahov, Oqtay Rza, jurnalistlərdən Vaqif Əliyev, Yasər Cəbrayılov, Səxavət Qarayev, Habil Əsədov, Alik Orucov, Rəhim Hüseynzadə, Əlövsət Bəşirov, Seyran Cavadov, Fərman Əliyev, Fəxrəddin Fərzəliyev, Təyyar Nəsirli başqalarının ilk dəfə imzası bu qəzetdə görünmüşdür.

Qəzet 1930-cu illərdə zəhmətsevər insanların göstərdikləri fədakarlıqlardan söz açmış, İkinci Dünya müharibəsi illərində xalqımızın döyüş şücaətini, arxa cəbhədəki gərgin əməyini rəngarəng səfərbəredici yazılarla əks etdirmişdir. Qəzetin həyatında yaddaqalan hadisələr, tarixi günlər çoxdur. Sözsüz ki, onların ən şərəflisi ulu öndər Heydər Əliyevin Salyan rayonuna səfərləri ilə bağlıdır.

Ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində - 1969-1972-1977-1981 1998-ci illərdə Salyanda olmuş, bu illərdə rayonun sosial-iqtisadi inkişafına dair bir çox mühüm sənədlər, qərarlar, sərəncamlar imzalamış, qəsəbə kəndlərimizdə yeni istehsal sahələrinin, müəssisələrin, məktəblərin, mədəniyyət evlərinin, sosial-məişət obyektlərinin tikilməsinə bilavasitə yardımçı olmuşdur. Bu gün Salyandakı Heydər Əliyev muzeyində ulu öndərin Salyanda görüşlərini əks etdirən "Qələbə" qəzetinin nömrələri çox qiymətli tarixi sənəd kimi qorunur mühafizə olunur.

Hər dövrün öz tarixi vəzifələri, cəmiyyət xalqlar qarşısında qoyduğu zərurətlər olur. Azərbaycan xalqı da öz müstəqilliyini əldə etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə gedərək, gündən-günə inkişaf edərək tərəqqi edir. Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafı üçün uğurla həyata keçirdiyi layihələr xalq tərəfindən geniş dəstək tapmışdır. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət Proqramının yerinə yetirilməsi öz bəhrələrini Salyan rayonunda da göstərməkdədir. Son dörd ildə Salyan şəhəri ətraf kəndləri görünməmiş sürətlə inkişaf etmiş, yeni yerləri yaradılmış, xalqın sosial rifahı yüksəlmişdir. Bütün bunlar rayon qəzetinin səhifələrində geniş işıqlandırılmışdır.

Möhtərəm Prezident İlham Əliyev son iki il yarımda iki dəfə Salyanda olmuşdur. 10 avqust 2006- il 7 sentyabr 2007-ci il salyanlıların yaxşı yadındadır. Həmin tarixi günlərdə cənab Prezident Salyanda Heydər Əliyev adına parkın muzeyin, Olimpiya İdman Kompleksinin açılışında, yüksək gərginlikli "Salyan" yarımstansiyasının təməlqoyma mərasimində, mərkəzi xəstəxananın açılışında iştirak etmişdir. Həmin tarixi anlar "Qələbə" qəzetinin səhifələrində salnamələşmişdir.

Qəzet bu gün rayonda gedən ədəbi-ictimai proseslərdə yaxından iştirak edir. Onun maddi-texniki bazası yeniləşmiş, tirajı artmışdır. İndi "Qələbə" A-2 formatda, ayda iki, bəzən üç dəfə oxucularla görüşür.

Qəzetdə yeniləşən təkcə bunlar deyil, kollektivin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində rayon icra hakimiyyəti kollektivə yaxından kömək göstərir. Son üç ildə əməkhaqları beş-altı dəfə artırılmışdır.

Bütün bunlar 85 illiyini qeyd edən "Qələbə" qəzeti kollektivinin üzərinə daha böyük vəzifələr qoymaqla bərabər, yaradıcı uğurlarını artırmağa əlavə stimul verir.

 

 

Rüstəm Məlikov

"Qələbə" qəzetinin

baş redaktoru

 

Azərbaycan.-2009.-21 fevral.-S.8.