Laçın şəhərinin 85 illik yubileyi qeyd edilmişdir

 

Bakıda Laçın şəhərinin 85 illik yubileyi qeyd edilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülmüşdür.

Sonra laçınlılar Şəhidlər xiyabanına gedərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə güllər qoymuşlar.

Baş nazirin müavini, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, Milli Məclisin deputatlarının, Səbail və köçkün rayonların icra hakimiyyətləri başçılarının, respublikanın tanınmış ziyalılarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin iştirakçıları "Mərdlik qalası Laçın" filminə baxmışlar.

"Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərin təltif edilməsi haqqında" "Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2009-cu il 19 fevral tarixli sərəncamları oxunmuşdur. Sərəncamlara əsasən 2 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə", 3 nəfər "Tərəqqi" medalları ilə təltif edilmiş, 1 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi", 2 nəfər "Azərbaycan Respublikasının əməkdar həkimi", 2 nəfər "Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi" fəxri adlarına layiq görülmüşdür.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxışında tarixə ekskurs edərək xatırlatmışdır ki, şəhər 1924-cü ilin əvvəllərində Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi Simurqun təklifi əsasında Laçın adlandırılmışdır. Şübhəsiz ki, böyük yazıçı bu adı seçərkən yaxınlıqda yerləşən el arasında "Laçın" adlandırılan dağın adını əsas götürmüşdür. Doğrudan da, dağ öz görünüşü etibarilə laçına çox oxşayır. Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa Xocavənd, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd vardı. Ərazinin 33205 hektarı, əsasən, palıd, ardıc, cökə, vələs, fısdıq s. ağaclardan ibarət meşə zolağı, 72 min hektarı yaylaq sahələri, 1470 hektar isə meyvə bağları təşkil edirdi. Ərazi çay daşı, qum, gil, mərmər, civə, uran, kobalt, xrom, qızıl dəmir filizi yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Burada 200-ə yaxın tarixi, mədəniyyət memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından qiymətli olan tikililər vardır. Laçın təbii su mənbələri, Turşsu, İstisu digər mineral bulaqları, saysız-hesabsız dərman bitkiləri, çox sayda ov heyvanları ilə məşhurdur.

İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, 1924-cü ildə yaradılmasına baxmayaraq, 1969-cu ilə qədər Laçın şəhərində cəmi bir küçə vardı. Şəhərin, eləcə rayonun iqtisadi, sosial mədəni inkişafı xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan KP MK Bürosunun "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1971-ci il 16 noyabr tarixli, Azərbaycan KP MK Respublika Nazirlər Sovetinin "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" 1971-ci il 16 noyabr tarixli, Azərbaycan KP MK Bürosunun "Laçın şəhərinin 50 illiyi haqqında" 1974-cü il 6 avqust tarixli qərarları, o cümlədən ucqar dağlıq rayonlardan olan orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı bir sıra güzəştlərin tətbiq edilməsi başqa tarixi sənədlər bilavasitə ulu öndərin adı ilə bağlıdır.

1974-cü ildə yuxarıda adıçəkilən qərara uyğun olaraq, Laçın şəhərinin 50 illiyinin respublika səviyyəsində qeyd olunması bu gün laçınlılar tərəfindən dərin minnətdarlıq hissi ilə xatırlanır. Məhz həmin qərardan sonra Laçın şəhərində iri emal, kənd təsərrüfatı obyektləri istifadəyə verilmiş, təhsil, səhiyyə, mədəniyyət digər müəssisələr üçün yeni binalar tikilmişdir. Laçın şəhərində böyük infrastruktur layihələri həyata keçirilmişdir. Dağ rayonu olmasına baxmayaraq, əhali fasiləsiz işıq, qaz, rabitə digər xidmətlərlə təmin edilmişdir.

Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa əlverişli yol buradan keçirdi. Ona görə ermənilər həmişə Laçına yiyələnmək arzusunda olmuşlar. 1992-ci il may ayının 18-də Laçın o vaxtkı Azərbaycan rəhbərliyinin, başı hakimiyyət davasına qarışmış AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı oldu. Laçının işğalı ilə Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yarandı. Bu isə digər rayonların işğalına şərait yaratdı.

R.Cəbrayılov ürəkağrısı ilə məlumat vermişdir ki, işğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində 125 kənddə olan 13.745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmişdir. Ümumilikdə, rayona 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Rayonun 65 min nəfərlik əhalisi respublikanın 59 rayon şəhərində müvəqqəti məskunlaşmışdır. Hazırda Bakı, Sumqayıt şəhərlərində, Taxtakörpü məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə 8 xəstəxana, 86 həkim ambulatoriyası feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Rayonun işğalından sonra Taxtakörpü məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə 18 səhiyyə obyekti tikilib istifadəyə verilmişdir.

Bu gün 83 klub, mədəniyyət evi, 119 kitabxana, 2 muzey 5 musiqi məktəbi öz fəaliyyətlərini uğurla davam etdirir. Musiqi məktəblərində təhsil alan şagirdlər bir çox respublika əhəmiyyətli tədbirlərdə müsabiqələrdə iştirak edərək rayonumuzu layiqincə təmsil edirlər. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş televiziya muğam müsabiqəsində rayonumuzun fəxri Ehtiram Hüseynov ikinci yerə çıxmışdır. Yeri gəlmişkən, yubiley ərəfəsində Laçın haqqında sənədli film çəkilmiş, kitab foto-albom hazırlanmışdır.

Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatı Sevindik Hətəmov, Füzulu Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov, AMEA Coğrafiya İnstitutunun direktoru, respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov başqaları laçınlıları yubiley münasibətilə təbrik etmişlər. Natiqlər əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasət uğurla nəticələnəcək, torpaqlarımız erməni işğalından azad ediləcək, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının çıxışı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 fevral.-S.2.