Xocalı soyqırımı ilə bağlı Avropanın üç dilində iki sayt açılmışdır

 

Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi (AAƏM) Xocalı faciəsinin ildönümü ərəfəsində Almaniyada iki yeni internet saytı təqdim etmişdir. Saytların yaradılmasından məqsəd erməni hərbi dəstələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə - qocalara, qadınlara uşaqlara qarşı törətdiyi dəhşətli cinayətlər barədə dünya ictimaiyyətinə məlumat verməkdir.

Məlum olduğu kimi, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərin dialoqu üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə "Xocalıya ədalət, Qarabağa Azadlıq" adlı geniş kampaniyaya start verilmişdir. İngilis dilində "Justice for Khojaly" (Xocalıya ədalət http://www.justiceforkhojaly.org/) saytının açılması kampaniyanın qabaqcıl Azərbaycan gənclərinin Ermənistan silahlı qüvvələrinin bu qanlı cinayətinin beynəlxalq aləmdə pislənməsinə dair səylərinin informasiya təminatı ilə bağlı hissəsidır.

AAƏM-nın icraçı direktoru Samirə Patser-İsmayılova Almaniyadakı Azərbaycan diasporunun nümayəndələrinə ünvanladığı müraciətdə həmvətənlərini həmin kampaniyaya, habelə bu dəhşətli cinayətin beynəlxalq aləmdə pislənməsi təqsirkarların mühakimə edilməsi çağırışına səs verməyə çağırmışdır.

Müraciətdə iki dildə - alman fransız dillərində http://chodschali.de/ saytının açılması barədə məlumat verilir.

 

 

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2009.-22 fevral.-S.3.