Aqrar sektorun problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Zaqatala Rayon İcra Hakimiyyətində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının təşəbbüsü ilə "Azərbaycanda aqrar sektorun problemləri" mövzusunda regional elmi-praktik konfrans keçirilmişdir. Konfransda Zaqatala, Şəki, Qax Balakən rayonlarının aqrar sahə üzrə dövlət qulluqçuları, mütəxəssislər, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar fermer təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.

Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edən filmin nümayişindən sonra konfransı giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2008-ci ilin dünya tarixində maliyyə iqtisadi böhran ili kimi xarakterizə olunmasına baxmayaraq, ölkəmiz üçün uğurlu il olduğunu, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının müvəffəqiyyətlə icrası nəticəsində son beş ildə respublikamızda 766 min yeni yerinin açıldığını qeyd etmişdir. A.Əsgərov aqrar bölmənin inkişafına önəm verən Prezident İlham Əliyevin kənd təsərrüfatını iqtisadiyyatın prioritet sahəsi elan etdiyini, aqrar sektorun inkişafı üçün çoxsaylı fərman sərəncamlar imzaladığını bildirmişdir.

Sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının birinci prorektoru, professor Həmid Zeynalovun "Azərbaycanda aqrar sahənin elmi problemləri kadr təminatı", akademiyanın kafedra müdiri, professor Amin Babayevin "Ərzaq təhlükəsizliyi ekoloji məhsul istehsalı", dosent Firudin Qurbanovun "Toxumçuluq işinin təşkilində problemlər onların həlli yolları" mövzularında məruzələri dinlənilmişdir.

Məruzə ətrafında çıxışlar olmuş, qazanılan uğurlardan, mövcud problemlərdən onların həlli istiqamətindən, qarşıda duran vəzifələrdən geniş söhbət açılmışdır.

 

 

Azərbaycan.-2009.-22 fevral.-S.4.