Nəsillərə nümunə

 

Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində yalnız Azərbaycanın deyil, bütün türk dünyasının yetirdiyi ictimai-siyasi xadimdir. Hələ sağlığında müasirləri tərəfindən "Rəsuli-həqq", "İrqin ən mükəmməl öndəri", "Böyük türk dünyasının mücahidi", "Qafqaz müsəlmanlarının atası" digər adlarla adlandırılmasına səbəb bütün türk xalqlarının azadlığı, maariflənməsi ilə bağlı dediyi həqitqətlər idi.

Görkəmli yazıçı, publisist, ictimai xadim Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyanda anadan olmuşdur. Qafqaz Şeyxülislamı olan babası Axund Əhmədin himayəsində böyümüşdü. 1885-ci ildə Tiflis gimnaziyasını bitirmiş, Peterburq (Sankt-Peterburq) Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almış, bir müddət tələbə hərəkatına qoşulmuşdu. 1895-ci ildə İstanbulda hərbi tibb məktəbini bitirmiş, 1900-cü ildə orada professor köməkçisi olmuş, tibbə dair əsərlər yazmışdır. "İttihad tərəqqi" firqəsinin əsasını qoyanlardan onun fəal xadimlərindən biri olmuşdur. 1904-cü ildə Bakıya gəlib "Həyat" qəzetinin redaktorlarından biri, "Kaspi" qəzetinin müvəqqəti redaktoru "Füyuzat" jurnalının redaktoru olmuşdur. "Füyuzat" jurnalı ilə türk xalqlarının azadlıq milli-istiqlal ideyalarını şüurlara yeritməyə çalışmaqla yanaşı, həmin ideyaları ədəbi, romantik lövhələrdə açıb göstərməyi vacib bilmişdir. O zaman çarizm Azərbaycan türklərinin milli azadlıq hərəkatından qorxuya düşərək onlara mətbuat, söz azadlığı versə , milli məsələlərin mətbuatda işıqlandırılmasına hər vəchlə mane olmağa çalışmışdı. Belə bir şəraitdə ədəbi-bədii əsərlər milli ideyaların yayılması üçün ən əlverişli vasitəyə çevrilmişdi.

Azərbaycanda yaranan bu yeni ədəbiyyatın rəhbəri Əli bəy Hüseynzadə idi. "Son dərəcə bacarıqlı redaktor, dərin bilikli, geniş mütaliəli dünya ədəbiyyatına yaxşı bələd olan Əli bəy Hüseynzadə dövrün Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid kimi həmfikir ziyalıları "Füyuzat" jurnalına cəlb etmiş, onların yaradıcılıqlarına qayğı ilə yanaşmış, dünyagörüşlərində milli düşüncəni oyatmışdır. Məsələn, A.Şaiq Ə.Hüseynzadənin M.Hadi yaradıcılığına təsirindən danışarkən yazırdı ki, "o vaxta qədər bir beyt belə yazmamış Hadini dilləndirdi".

Əli bəy Hüseynzadənin redaktorluğu ilə bir illik nəşri dövründə Azərbaycan, türk xalqlarının milli əsarətə qarşı mübarizə tarixinin siyasi bədii salnaməsinə çevrilən "Füyuzat" islam aləmində misli görünməmiş ən möhtəşəm mətbuat orqanı kimi böyük şöhrət qazanmışdı.

Əli bəy Hüseynzadənin 1904-cü ildə yazdığı "Məktubi-məxsusi" məqaləsində təqdim etdiyi "maarif", "ittihad" "hürriyyət" sözləri o dövrün böyük siyasi həqiqətlərinin ifadəsi idi. Bu, ictimai quruluşu zorakılıq yolu ilə deyil, tədricən təkamül yolu ilə devirməyə çağırış idi. Bu məramlar eyni mənəvi, milli ideyaların, milli istiqlal uğrunda mübarizənin bir-birini izləyən inkişaf mərhələləri idi.

Əli bəy Hüseynzadə 1908-ci ildən Bakıda "Səadət" xeyriyyə cəmiyyətinin məktəbində müdir işləmişdir. Gənc türklər inqilabından sonra 1910-cu ildə yenidən Türkiyəyə qayıtmış, İstanbul Universitetinin professoru olmuşdur. 1926- ildə Bakıda keçirilən Birinci Ümumittifaq türkoloji qurultayda iştirak etmişdir.

Çarizmi, feodal-patriarxal geriliyi, şərq istibdadını, ətaləti dini mövhumatı tənqid edən böyük mütəfəkkir irtica illərində Azərbaycanda burjua ideologiyasının başçılarından biri olmuşdur. Fəaliyyətində "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarına əsaslanmışdır.

Əli bəy Hüseynzadə "Molla Nəsrəddin" jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə sayır, Sabirin "Beynəlmiləl" şeirini, eləcə M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin, M.Ə.Talıbovun digər yazıçıların ədəbi fəaliyyətini müsbət qiymətləndirirdi. Əli bəy Hüseynzadə bacarıqlı tərcüməçi kimi fəaliyyət göstərmişdir. Ö.Xəyyamdan, V.Şekspirdən İ.V.Hötedən, Q.R.Derjavindən başqalarından gözəl tərcümələr etmişdir.

Əli bəy Hüseynzadə rəssam kimi bacarığını sınamış, boyakarlığın müxtəlif janrlarında işləmiş, mənzərə, məişət səhnələri portretlər çəkmişdir. Məlum əsərlərindən "Bibiheybət məscidinin görünüşü" tablosu, "Şeyxülislam" portreti (hər ikisi P.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır) "Azərbaycan ailəsi" həyatiliyi bədiiliyi ilə diqqəti cəlb edir.

Əli bəy Hüseynzadənin yaradıcılıq yolunu səciyyələndirən görkəmli alim Ə.Mirəhmədov yazmışdır: "Onun yaradıcılıq yolu ədəbiyyata, mətbuata, fəlsəfəyə xidmət, sosial kredosu azadlıq, milli tərəqqi naminə birliyə çağırmaqdır. Bir sözlə, bütün bunların canı, kökü, mayası məhəbbətdir - insana məhəbbət!.."

XX əsrin əvvəllərində böyük türk ziyalılarının canları qanları bahasına yaratdıqları türkçülük məfkurəsi türk dünyasını xilas etdi. Hətta 70 illik sovet dövründə bütün qadağalara baxmayaraq, bu məfkurə yaddaşlardan silinmədi.

 

 

Adilə Qocayeva

 

Azərbaycan.-2009.-22 fevral.-S.7.