"Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabı Bişkekdə rus ingilis dillərində çap edilmişdir

 

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun alimləri tərəfindən hazırlanmış "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabı Bişkekdə rus ingilis dillərində nəfis şəkildə çap edilmişdir.

Kitabın baş məsləhətçisi Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov, elmi redaktoru tarix elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Kitab Yaqub Mahmudovun "Tarixin ən təhlükəli xülyası" sərlövhəli ön sözü ilə açılır. Orada da 18-ci əsrin ikinci yarısında İrəvan xanlığını əks etdirən Azərbaycan xəritəsi ölkəmizin müxtəlif əsrlərə aid digər xəritələri verilmişdir.

Fondun sədri Nüsrət Məmmədovun verdiyi məlumata görə, 5 min tirajla çap edilmiş 300 səhifəlik bu kitabın təqdimatının mart ayının əvvəllərində Azərbaycan Milli Məclisində keçirilməsi nəzərdə tutulmuşdur. Mərasimdə Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin birinci müavini Çolpon Baekova bir neçə deputatın iştirakı da gözlənilir.

N.Məmmədov demişdir ki, bu kitabın Qırğızıstanın dövlət ictimai təşkilatlarında, elmi dairələrdə, ali təhsil müəssisələrində pulsuz yayılması nəzərdə tutulmuşdur.

 

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2009.-22 fevral.-S.8.