Bakıda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının

 (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun çıxışı

 

- Möhtərəm cənab Prezident!

- Hörmətli konfrans iştirakçıları!

Son illər ölkəmiz sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, ümumi daxili məhsulun artım sürətinə görə dünyanın lider dövlətinə çevrilmişdir. Respublikamızın hər yerində olduğu kimi, bənzərsiz təbiətə malik olan, qızılgüllər diyarı kimi tanınan Zaqatalada da böyük dəyişikliklər müşahidə edilir, geniş tikinti-quruculuq və abadlıq işləri aparılır.

Zaqatalalılar yaxşı anlayırlar ki, ölkə həyatının bütün sahələrində əldə olunan nailiyyətlər, respublikamızın regionda və beynəlxalq aləmdə müsbət imicinin daha da artması ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasının, iqtisadi inkişaf strategiyasının cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Mübaliğə etmədən demək olar ki, Sizin 2006-cı ilin aprelində Zaqatalaya ilk səfərinizlə rayonumuzun tarixində yeni bir dövr, əsl intibah dövrü başlandı. Ötən ilin sentyabrında növbəti səfəriniz zamanı verdiyiniz dəyərli tövsiyələr isə zaqatalalıları daha əzmlə işləməyə ruhlandırdı. Təsadüfi deyil ki, 2008-ci ildə rayonda rekord miqdarda - 183 milyon manatlıq məhsul istehsal edildi. Bu göstərici 2003-cü illə müqayisədə 3,2 dəfə çoxdur. Ötən beş ildə rayonumuzda kənd təsərrüfatı istehsalı 2,5, sənaye istehsalı isə 2,2 dəfə artmışdır. Bu gün rayonda istehsal olunan məhsulların xarici bazarlarda - Almaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə özünə yer tapması iqtisadiyyatımızdakı böyük tərəqqinin göstəricisi, qabaqcıl texnologiyaların tətbiqinin nəticəsidir.

Möhtərəm cənab Prezident!

Dövlət Proqramında və əlavə tədbirlər planında Zaqatala rayonunun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan bütün müddəalar Sizin qayğınızla nəinki yerinə yetirilmiş, eyni zamanda, proqramda nəzərdə tutulmayan, həlli vacib olan 100-dən artıq irimiqyaslı layihə də həyata keçirilmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da yoxsulluğun azaldılması, sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi proqramları müvəffəqiyyətlə yerinə yetirilmiş, yeni yerləri açılmışdır.

Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, ucqar dağ rayonu olan Zaqatalaya 2008-ci ildə qoyulan investisiyaların həcmi beş il əvvəlkindən 50 dəfə çox olaraq 100 milyon manatı keçmişdir. Ötən müddətdə rayonda 4 mebel, 5 alkoqollualkoqolsuz içkilər istehsalı, 24 fındıq, 3 tütün, 1 qızılgül yağı, 2 çay emalı müəssisələri, kərpic, asfalt və dəmir-beton məmulatı zavodları istifadəyə verilmişdir. Yeni südtütün emalı zavodlarının tikintisi isə artıq başa çatmaq üzrədir.

Dövlət Proqramının icrası nəticəsində rayonda təbii qaz istifadəçilərinin sayı 4,5 dəfədən çox artmışdır. 60 kilometr asfalt yol çəkilmiş, 18 körpü inşa edilmişdir. Tala çayı üzərində nadir tikililərdən hesab edilən asma körpünün tikintisi başa çatmaq üzrədir. Dövlət Proqramına uyğun olaraq rayonda dağ çaylarının daşması və sel suları nəticəsində insanlara və təbiətə dəyən ziyanın qarşısını almaq məqsədi ilə 8 min metr uzunluğunda yeni bəndlər tikilmiş və sahilbərkitmə işləri görülmüşdür.

Ötən beş ildə rayonda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkmuzey yaradılmış, ulu öndərin abidəsi ucaldılmışdır. Bundan başqa, 10 hektar sahəni əhatə edən 4 yeni park salınmışdır. 23 yeni məktəb binası, 4 mədəniyyət, 10 tibb müəssisəsi, Regional Diaqnostika Mərkəzi, Olimpiya-İdman Kompleksi, beynəlxalq standartlara cavab verən şəhər stadionu, 4 idman zalı, 15 inzibati bina, 11 bank filialı, 793 mənzil və digər obyektlər tikilmişdir. Həmin dövrdə 20 məktəb, 40 mədəniyyət müəssisəsi, 18 səhiyyə obyekti, 3 idman zalı və mənzil fonduna aid 190 yaşayış binası əsaslı təmir olunmuşdur.

Əhalinin içməli suya olan tələbatının ödənilməsini yaxşılaşdırmaq üçün 60-dan artıq artezian quyusu qazılmış, yeni su xətləri çəkilmişdir. Hazırda Dünya Bankının və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Zaqatala şəhərinin və 6 kəndin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu layihə gələn ilin sonunadək başa çatdırılacaqdır.

İcazə verin, rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərinə göstərdiyiniz böyük dəstəyə görə Sizə bütün zaqatalalıların dərin təşəkkürünü çatdırım.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla həyata keçirilmiş layihələrin içərisində 2008-ci ildə iştirakınızla istifadəyə verilmiş beynəlxalq hava limanı xüsusi önəm daşıyır. Hava nəqliyyatı xəttinin açılması regionda turizmin inkişafı üçün olduqca əlverişli zəmin yaratmış, nəinki respublika vətəndaşlarının, hətta xarici ölkə nümayəndələrinin də Zaqatalaya və bölgəmizə olan marağının artmasına, gediş-gəlişin intensivləşməsinə səbəb olmuşdur. Son beş ildə rayonda 6 yeni müasir mehmanxananın fəaliyyətə başlaması da turizm sektorunun inkişafına müsbət təsir göstərmişdir. Sevindirici haldır ki, rayonumuza qonaq gələn xarici ölkə səfirləri və nümayəndə heyətləri bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını bildirməklə yanaşı, qısa müddətdə regionda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə heyran olduqlarını gizlətmir, onu Avropanın kiçik turizm şəhərləri ilə müqayisə edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında regionlarda həyata keçirilən yeni inkişaf strategiyasının nəticəsi, Azərbaycanın dünya birliyinə iqtisadi və mədəni inteqrasiyasının göstəricisidir.

Ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair verdiyiniz tapşırıqlar rayonumuzda da uğurla icra olunur. Taxılçılıq və heyvandarlıqla yanaşı, baramaçılıq, arıçılıq, tərəvəzçilik, gülçülük və çayçılığın inkişafı üçün ardıcıl və məqsədyönlü işlər aparılır. Vaxtilə rayon iqtisadiyyatının 70 faizini təşkil edən tütünçülüyün yenidən dirçəldilməsi məqsədi ilə Amerika Birləşmiş Ştatları və İtaliyadan yeni texnoloji avadanlıq gətirilmiş, 60 tütün qurutmaxanası quraşdırılmış, 400 hektardan artıq sahədə BerleyVirciniya növlü ətirli tütün sortları əkilmişdir.

Sizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı sərəncamınıza uyğun olaraq, rayonda fermerlərə verilmiş dövlət yardımları məhsul istehsalının artması və yeni yerlərinin açılması ilə yanaşı, yüzlərlə həmyerlilərimizin Rusiya və digər xarici ölkələrdən öz doğma el-obalarına qayıtması üçün mühüm stimul yaratmışdır. Məlumat vermək istərdim ki, son beş ildə Zaqatalada müxtəlif sahələri əhatə edən 900-dən yuxarı layihə həyata keçirilmişdir. Bunun nəticəsində rayonda 11 min 102 yeni yeri yaradılmışdır ki, onlardan da 7 min 57-si daimidir.

Möhtərəm cənab Prezident!

Təhsilin və mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər rayonumuzda 3 yeni məktəb binası tikilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Bəhmətli kəndindəki 250 yerlik mədəniyyət evinin yenidən qurularaq hər cür inventar və avadanlıqla təchiz edilməsi kənd sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Təhsilimizin və mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə hörmətli Mehriban xanıma rayon ictimaiyyətinin dərin minnətdarlığını çatdırmaq istərdim.

Cənab Prezident, Siz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin problemlərinə xüsusi diqqət göstərirsiniz. Bu qayğının nəticəsidir ki, son illər onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Zaqatalada 100-dən çox mənzil tikilərək istifadəyə verilmişdir. Rayonumuza ötənilki səfəriniz zamanı Vətən uğrunda döyüşlərdə öz sağlamlıqlarını itirmiş insanlara, böyük amal naminə həyatlarını qurban vermiş şəhidlərimizin ailələrinə yeni mənzillərin açarlarını şəxsən təqdim etməyiniz onların yaddaşından heç vaxt silinməyəcəkdir.

Zaqatalada bir çox azyaşlı xalqların nümayəndələri məskunlaşmış, özlərinə burada firavan həyat, xoş güzəran qurmuşlar. Onlar Azərbaycan vətəndaşı kimi bu torpaqları sevir, azərbaycançılıq ideyaları ətrafında sıx birləşir, Sizin kimi Prezidenti olan ölkədə yaşamaqdan qürur duyurlar.

Yeri gəlmişkən, cənab Prezident, Car kənd sakini, milliyyətcə avar olan, düşmənlərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş 19 yaşlı Kusayev Nemət Həbibulla oğlunun dəfn mərasimində onun babası, 72 yaşlı Gücü kişinin bir təkidli tələbini Sizə çatdırmaq istərdim: "...Xahiş edirəm mənim sözlərimi Ali Baş Komandana çatdırasınız. Biz möhtərəm Prezidentimizin sülh siyasətini alqışlayırıq. Lakin Ali Baş Komandanımız əmr edərsə, bu yaşımda mən də bir əsgər kimi silahlanıb torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mübarizəyə qoşulmağa və şəhid olmağa hazıram".

Hörmətli konfrans iştirakçıları!

Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial-iqtisadi tərəqqinin təmin olunması məqsədi ilə qəbul olunmuş proqramlar bizim hər birimizdən böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istəyirik ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyünüz bütün işlərdə biz zaqatalalılar həmişə Sizinlə olacaq, ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyalarını rəhbər tutaraq doğma Vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəyik.

Diqqətinizə görə sağ olun.

 

 

Azərbaycan.-2009.-24 fevral.-S.3.