Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan parlamenti sədrinin müavini Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Gürcüstan parlamenti sədrinin müavini Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin genişlənməsində bu səfərin əhəmiyyətini vurğuladı ümidvar olduğunu bildirdi ki, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək baxımından səfər səmərəli olacaqdır.

Pridon Todua vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü xatırladı bundan böyük şərəf duyduğunu dedi. O, parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini vurğuladı bu səfərin əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 fevral.-S.5.