Estoniya Respublikasının
Prezidenti zati-aliləri
cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Estoniya münasibətləri hazırda
yeni mərhələyə
qədəm qoymuşdur. Əminəm ki, bu yaxınlarda
ölkəmizə səfəriniz,
keçirdiyimiz görüşlər,
apardığımız fikir
mübadiləsi, imzaladığımız
Birgə bəyannamə
dostluq əlaqələrimizin
daha da möhkəmlənməsinə,
əməkdaşlığımızın
əhatə dairəsinin
genişlənməsinə mühüm töhfə verəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 fevral 2009-cu il
Azərbaycan.-2009.-24 fevral.-S.5.