Slovakiya Respublikasının
Prezidenti zati-aliləri cənab İvan Qaşparoviçə
Hörmətli cənab
Prezident!
Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı
insan tələfatı
xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Slovakiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların və
xəsarət alanların
tezliklə sağalmasını
arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 fevral 2009-cu il
Azərbaycan.-2009.-24 fevral.-S.5.