Azərbaycan gimnastları
Estoniyada 3 gümüş
və 3 bürünc medal qazanmışlar
May ayında Bakıda keçiriləcək bədii
gimnastika üzrə Avropa çempionatına hazırlaşan Azərbaycanın
yeniyetmələrdən ibarət
qrup komandası Estoniyada başa çatmış "Miss Valentina"
beynəlxalq turnirində
3-cü yerə layiq görülmüşdür.
Azərbaycan Gimnastika Federasiyasının
mətbuat xidməti xəbər verir ki, qızlarımız 5 lentlə kompozisiyaya görə yarışın
ilk günü üçüncü
yerdə olmuşlar. Səbinə
Abbasova, Aelita Xələfova, Kamilə Məmmədova, Nigar Əbdüsəlimova, Yevgeniya
Jidkova və ehtiyat gimnast Nərgiz Məmmədovadan
ibarət qrup komandamız turnirin ikinci günü də medala layiq yeri qoruyub
saxlayaraq, son nəticədə
45,08 bal toplamışdır.
Komandanın məşqçisi
Mariana Vasilyeva demişdir:
"Beləliklə, komandanın
ilk çıxışı uğurlu oldu. Qızlar xalça üzərində bəzən
ram etmək çətin
olan lentlə hərəkət mexanizmini
yaxşı mənimsəmişlər.
Lakin biz məşqçilər hələ
çox işləməliyik.
Yeri gəlmişkən, bunu komandaları ilk iki yeri tutmuş rusiyalı və belaruslu həmkarlarımız
da qeyd etmişlər.
Yaxın planlarımız martın 6-8-də
Budapeştdə keçiriləcək turnirlə
bağlıdır. May ayında
keçiriləcək Avropa çempionatına qədər
qızlar tam formaya düşəcəklər".
Lakin Estoniya
turnirində əldə olunan medallara təkcə yeniyetmə
gimnastlarımız sevinmirdilər. 13 yaşlı
bakılı gimnast Ayişə Mustafayeva bu turnirdə
üç gümüş və bir bürünc medal
qazanmışdır. O, ip, halqa və topla hərəkətlərdə
ikinci, gürzlə hərəkətlərdə isə
bolqarıstanlı Steliana Yankovadan cəmi 0,02
bal geri qalaraq üçüncü nəticəni göstərmişdir.
Bu
yarışda daha bir Azərbaycan gimnastı fərqlənmişdir. 12
yaşlı bakılı gimnast Yekaterina Prokopenko topla hərəkətlərdə
üçüncü yerə layiq
görülmüşdür.
Azərbaycan.-2009.-24 fevral.-S.7.