Xocalı faciəsi şahidlərin gözü ilə

 

Tarix təkrar olunur: "Dənizdən dənizə böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız - ermənilər 1905-ci, 1918-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər. Bütün soyqırımılarda düşmənin məqsəd hədəfi eyni idi - Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövləti qurmaq.

XX əsrin 80-ci illərində təcavüz 20 mindən çox soydaşımızın şəhidliyi, 50 min nəfərin yaralanması əlil olması, 4866 nəfərin itkin düşməsi ilə nəticələndi. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı müharibəsinin ən dəhşətli səhifəsidir. Müharibə itkilər, qurbanlar tələb edir. Lakin Xocalı qətliamının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər - ahıllar, qadın uşaqlar, döyüş meydanından qaçmaq gücü olmayan əliyalın soydaşlarımız idi.

Uzun sürən hərbi hazırlıqlardan sonra - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları yüzlərlə dinc sakini qətlə yetirdilər, neçə-neçə soydaşımız əsir düşdü, şikəst oldu. Onlarla Xocalı sakininin taleyi bu günə qədər bəlli deyil. Əsrin ən böyük faciəsinin canlı şahidləri erməni hərbçilərinin törətdikləri cinayətləri zorakılıqları belə xatırlayırlar.

Aftandil Əliyev, Xocalı könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü: "1992-ci il fevralın ortalarında başa düşdük ki, Xocalı işğal olunacaq. Ona görə ki, düşmənin təzyiqi getdikcə artırdı, bizim işğalın qarşısını almaq gücümüz yox idi. Silah-sursat tükənirdi. Şəhəri yerli özünümüdafiə taboru, milislər Milli Qəhrəman Aqil Quliyevin rəhbərlik etdiyi 21 nəfərlik könüllülər dəstəsi qoruyurdu. Mən könüllü özünümüdafiə dəstəsində, qardaşım Xanlar Əliyev isə milis çavuşu kimi Xocalının müdafiəsində iştirak edirdik.

Düşmənlə müqayisədə azlıqda qalan bu qüvvələr həm sovet ordusunun 366- motoatıcı alayının, həm təpədən dırnağa qədər silahlanmış erməni hərbçilərinin hücumunun qarşısını almalı idilər. Şəhərə hücum başlandıqda bütün sakinlər, hərbçilər mühasirəyə düşdü, əliyalın soydaşlarımız şəhəri tərk edə bilmədilər. Yaşamağa ümidi olmayan sakinlərin bir qismi məcburiyyət qarşısında qalıb ərazidə ən yüksək yer olan qəbiristanlıqda gizləndi. Güclü bombardmanlar dağıntılar nəticəsində yoldaşlarımızın bir neçəsi şəhid oldu. Xocalıda qaldığım müddətdə ermənilərin insanlığa sığmayan vəhşiliklərini gördüm. Hərbçilər qocaları, uşaqları qadınları yandırırdılar. Erməni cəlladları əliyalın insanları maşınların arxasına bağlayıb yerlə sürüyürdülər. İki gün qəbiristanlıqda qaldıq. Bizimlə qalanların bir qismi mühasirədən çıxmağa səy göstərdikdə düşmənə əsir düşdü".

Mühasirəyə düşənlər arasında Milli Qəhrəman Əlif Hacıyevin atası Lətif Hacıyev vardı. Ermənilər sonradan onu da əsir götürdülər. Onlarla Xocalı sakininin sonrakı aqibəti məlum deyil.

Aftandil Əliyev xatırlayır ki, mühasirəni yarmağa çalışanlar bir neçə dəfə ermənilərlə üz-üzə gəliblər: "Düşmən bizdən təslim olmağı tələb etsə , atəşi dayandırmadıq. Əksinə, ciddi müqavimət göstərməyə başladıq. Çünki əsirlik ölümdən betər idi. Mühasirədən çıxanda tək idim, yoldaşlarımın bir qismi şəhid olmuş, bəziləri isə yaralanaraq əsir düşmüşdü. Qardaşım Xanlar Əliyev ermənilərə son damla qanınadək müqavimət göstərdi qəhrəmancasına şəhid oldu. O, ölümündən sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olundu".

Şamil Ələkbərli, hadisənin iştirakçısı: "Vəziyyətin gərginləşməsi, ermənilərin gizli danışıqları, onların hərbi qüvvələrinin bu istiqamətdə toplanılması Xocalıya irimiqyaslı hücumun planlaşdırıldığını göstərirdi. 1991-ci ilin noyabrında şəhərə gedən bütün yollar ermənilər tərəfindən nəzarətə götürüldü, ətrafla əlaqə kəsildi. 1992-ci ilin 28 yanvarında Şuşaya uçan hərbi vertolyot ermənilər tərəfindən vuruldu. Bundan bir neçə gün öncə vertolyotlardan biri Xocalıya ərzaq gətirmiş, bir neçə sakini isə aparmışdı.

Fevralın 25- gecə saat 23- Xocalı güclü bombardman olundu. Düşmən bununla köməksiz qalmış şəhərin müqavimətini qırmaq istəyirdi. Qaraqaya, Şenli kəndlərindən bir neçə əsgərimiz Xocalıya kömək etmək, şəhərin ərazisinə daxil olmaq istədi. İki əsgər buna nail oldu şəhərə az miqdarda silah-sursat gətirə bildi. Əliyalın insanların ah-naləsi ərşəyə çıxmışdı. Bəziləri elə bilmişdi ki, Kətik meşəsi ya Qarqar çayının yatağı mühasirədən çıxmaq üçün etibarlı ərazidir. Buna görə əhalinin bir qismi həmin istiqamətdə hərəkət etmiş, mühasirədən çıxmağa çalışmışdı. Lakin ermənilər elə burada pusqu qurub dinc sakinləri qətlə yetirdilər.

Fevralın 26-da yaralıları, əl-ayağını don vurmuş xocalılıları xilas etməyə çalışırdıq. Mühasirədən çıxanların çoxu ayaqyalın idi. Xocalı ərazi özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov bu döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Elçin Məmmədov, keçmiş döyüşçü: "Ermənilər 366- motatıcı alayın hərbçiləri Xocalıda qətliamları iki formada həyata keçirdilər. Əvvəlcə dinc sakinləri - qocaları, uşaq qadınları vəhşicəsinə qətlə yetirdi, bundan sonra isə meyitləri tanınmaz hala saldılar. Hərbçilər qətlə yetirdikləri soydaşlarımızın dərisini soymuş, qulağını, burnunu bədəninin digər orqanlarını kəsmiş, gözlərini çıxarmışdılar. Bir neçə meyit hətta vəhşicəsinə yandırılmışdı.

Düşmənin azğınlığı bununla bitmişdi. Qaniçən cəlladlar əsirləri avtomobillərə bağlayaraq işgəncə vermiş, onlara qarşı zorakılıq etmişdilər. Hərbçilər qadınları bir-birinə bağlayaraq onlara olmazın əzablarını vermişdilər. Faciədən bir neçə gün sonra ərazidən onlarla tanınmaz hala salınmış meyit çıxara bildik. Fevralın 26-da ermənilər əllərinə keçən dinc sakinləri qətlə yetirib ərazidən çıxmışdılar. Bundan bir qədər sonra isə şəhidlərimizin meyitlərinə qarşı qəddar hərəkətlər etmişdilər.

Ağdam sakinləri meyitlərin yaralıların ərazidən daşınmasında bizə kömək göstərdilər. Ermənilərin Xocalı sakinlərinə qarşı qəddarlığı bu şəhərin düşmənə qarşı uzun müddət inadlı müqavimət göstərməsilə əlaqədar idi. Düşmən yaşayış məskəninə bir neçə dəfə hücum etsə , layiqli cavab alıb, uğursuzluğa düçar olub geri çəkilmişdi. Qəsbkarlar elə bilirdilər ki, Xocalıda silah-sursat kifayət qədərdir. Buna görə hücuma xüsusi hazırlıq görmüşdülər".

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-24 fevral.-S.6.